Sumqayıtda mənzildən meyit tapılıb

10:45 - 9 May 2024 - HADİSƏ

Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti