Çində baş verən yol qəzasında 9 nəfər ölüb

10:13 - 9 May 2024 - DÜNYA

Çinin şimal-qərbindəki Ningxia Hui Muxtar Bölgəsində baş verən yol qəzasında 9 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə milli avtomagistralda baş verib. Yük maşını digər minik avtomobili ilə toqquşub.

Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir, araşdırma aparılır.

Xəbər xətti