İmran Xanın həyat yoldaşı ev dustaqlığından həbsxanaya keçirilib

11:13 - 8 May 2024 - DÜNYA

İslamabad Ali Məhkəməsi (IHC) keçmiş baş nazir Ədalət Hərəkatı Partiyasının (JM) lideri İmran Xanın arvadının ev dustaqlığından ərinin saxlandığı Adiala həbsxanasına köçürülməsi ilə bağlı vəsatətini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

Büşra Bibi hökumətdən 52 hədiyyənin qanunsuz satışı ilə bağlı fırıldaqçılıq və saxtakarlıq ittihamı ilə yanvarın 31-də İmran Xanla hər biri 14 il həbs cəzası aldıqdan sonra IHC-nin "əlavə həbsxana" elan etdiyi İslamabaddakı ailə iqamətgahında həbsdə idi. 

Büşra Bibi evini “əlavə həbsxana” hesab etməkdən imtina edib və İmran Xanın cəzasını çəkdiyi Adiala həbsxanasına köçürülməsini tələb edirdi. Həbsxana rəhbərliyi daha əvvəl həbsxananın keçmiş baş nazirin həyat yoldaşının təhlükəsizliyinə təhlükə yaradacağını bildirərək bu addıma qarşı çıxmışdı.

Xəbər xətti