Apreldə Türkiyədə inflyasiya 69,8%-ə yüksəlib

11:21 - 3 May 2024 - İQTİSADİYYAT

Türkiyədə aprelin sonunda inflyasiya 3,18% artaraqə bir ay əvvəl olan 68,5% ilə müqayisədə illik hesablamada 69,8%-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Statistika İnstitutu məlumat yayıb.

Eyni zamanda, bir qrup müstəqil iqtisadçı apreldə respublikada inflyasiyanın səviyyəsini illik hesablamada 124,35% qiymətləndirib. 

İqtisadçılar aprel ayında Türkiyədə inflyasiyanın 3,22% artacağını proqnozlaşdırırdılar.

Xəbər xətti