Buna görə sürücüyə cərimə yazıla bilməz - Ekspert açıqladı

11:47 - 29 Aprel 2024 - AVTO

Sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda "təşəkkür" bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi?

Ucnoqta.az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, buna görə sürücüyə cərimə yazıla bilməz.

"Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.

Unutmaq olmaz ki, qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İXM-də göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər".

Qeyd edək ki, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirmişdi ki, sürücülərin bu işıqları lazım olmadığı təqdirdə istifadə etmələri yolverilməzdirvə cərimələnə bilərlər:

“Adından da göründüyü kimi, qəza dayanma işıq siqnalı, yalnız avtomobil qəzalı və nasaz vəziyyətdə olduğu halda yandırılmalıdır. Keçidlərdə dayanıb piyadaya yol vermək məcburi dayanma halı hesab olunmur”.

Xəbər xətti