"Elçin mənim belimi qırdı" - Baş nazirin sabiq müavini

11:42 - 29 Aprel 2024 - Cəmiyyət

Baş nazirin sabiq müavini Abid Şərifov yeganə oğlu Elçin Şərifovun ölümündən danışıb. 

A.Şərifov ASAN TV-yə “Qeyri-rəsmi müsahibə” layihəsində müsahibəsində həyatından, işindən, fəaliyyətindən, ailəsindən danışıb.

O, deyib ki, 23 il baş nazirin müavini işləyib.

A.Şərifov təqaüdə çıxdıqdan sonra necə yaşaması barədə söz açıb, Prezident İlham Əliyevlə görüşündən danışıb.

Sabiq nazir müavini həmçinin yeganə oğlunun vəfatından söz açıb.

A.Şərifov deyib ki, oğlunda iflicolma 1997-ci ildən başlayıb.

“Elçin mənim belimi qırdı. Sol qıçından problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-a apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Bildirdilər, bunun müalicəsi yoxdur. Almaniyaya, İngiltərəyə, İsrailə də aparıldı, xeyri olmadı. Səbəbi stress və qorxu göstərildi. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”, – deyə A.Şərifov qeyd edib. 

Xəbər xətti