Xadimə işlədiyi evdən 60 minlik qızıl oğurladı

11:13 - 29 Aprel 2024 - Xəbər

Nizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti