Bakıda mənzildə kişi meyiti tapılıb

09:41 - 29 Aprel 2024 - HADİSƏ

Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti