Rusiyada yol polisinə hücum zamanı iki polis həlak olub

08:58 - 29 Aprel 2024 - DÜNYA

Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında yol polisi dəstəsinə hücum zamanı iki polis həlak olub.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi nəticəsində beş nəfər öldürülüb, 4 təhlükəsizlik qüvvəsi yaralanıb.

“Toqquşma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə ezam olunmuş iki polis əməkdaşı, Daxili İşlər Nazirliyinin Qaraçay-Çərkəz üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin iki əməkdaşı həlak olub. Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Milli Qvardiyası və Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə əməkdaşı 5 nəfər yerindəcə yaralanıb”, - məlumatda deyilir.

Xəbər xətti