Pilləkənləri qalxmaq ömrü uzadır

05:34 - 29 Aprel 2024 - DİGƏR

İngiltərənin East Anglia və Norfolk Universitetlərinin mütəxəssisləri ömrü uzatmağın yollarını araşdırıblar. 

Ucnoqta.az xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin Yunanıstanda keçirilən Profilaktik Kardiologiya Konfransında açıqlanıb.

35-84 yaş arası təxminən 500 min insan üzərində aparılan araşdırmada nərdivana qalxmağın ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini azaltmaqda rol oynadığı müəyyən edilib. Müəyyən edilib ki, pilləkənlərdən müntəzəm istifadə 14 il ərzində hər hansı səbəbdən ölüm riskini 24 faiz, ürək-damar xəstəlikləri, o cümlədən infarkt, ürək çatışmazlığı və insult riskini 39 faiz azaldır.
 

Xəbər xətti