Bayden və Netanyahu telefonla danışıblar

00:20 - 29 Aprel 2024 - DÜNYA

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Ağ Ev açıqlama yayıb.

Danışıq zamanı Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi üçün davam edən danışıqların müzakirə edildiyi, Bayden və Netanyahunun humanitar yardımların artırılması və yardım üçün yeni keçid məntəqələrinin açılmasını da müzakirə etdiyi bildirilib. Açıqlamada Baydenin humanitar yardımların yardım təşkilatları ilə tam koordinasiyalı şəkildə davam etdirilməsi və inkişaf etdirilməsi lazım olduğunu vurğuladığı bildirilib.

Açıqlamada Bayden və Netanyahunun Rifah məsələsini də müzakirə etdiyi bildirilir.

Xəbər xətti