Salyanda dəm qazından boğulanlar hərbçilər imiş - FOTO/VİDEO (YENİLƏNİB)

09:18 - 4 Dekabr 2023 - HADİSƏ

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş.

Belə ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edibmiş.

Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.

Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.///oxu.az

12:58

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Xəbər xətti