İsrail ordusu Qəzzada 400-dən çox hədəfə zərbə endirib

11:27 - 2 Dekabr 2023 - DÜNYA

Qəzza zolağında atəşkəs pozulandan sonra 24 saat ərzində İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin anklavında 400 terrorçu hədəfə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Gün ərzində İDF Qəzza zolağı boyunca 400-dən çox terrorçu hədəfə hücum edib. Gecə ərzində Hərbi Hava Qüvvələrinin qırıcıları Xan Yunis bölgəsində genişmiqyaslı hücumda 50-dən çox hədəfə zərbə endirib”, - məlumatda bildirilir.

Xəbər xətti