Heydər Əliyev Sarayı növbəti dəfə ənənəsinə sadiq qalaraq milli musiqmizin təbliği yönümündə layihələr etməkdə davam edir. Belə ki, fevralın 11-də sarayda aşıq konserti təşkil olunacaq. Sarayın mətbuat xidmətindən “Üç nöqtə” qəzetinə verilən məlumata görə, konsert “Aşıq sənətinin davamçıları” adı altında keçiriləcək. Bildirək ki, konsertdə Nemət Qasımlı, Əhliman Şirvanlı, “Nemət” Aşıqlar Qrupu, Altay Məmmədli, İlham Aslanbəyli, Təbriz Vəliyev, Vüqar Mahmudoğlu, Mehdi Məsimov, Ədalət Dəlidağlı, Qələndər Zeynalov, Əli Tapdıqoğlu, Heydər Məqsədoğlu, Dilbər Əliyeva, eləcə də respublika aşıq müsabiqəsinin qalibləri - İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı iştirak edəcəklər.
Qeyd edək ki, saat 18:00-da başlayacaq konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 5 – 15 manat arasında dəyişir.
Aysər Həsənli