SOSİAL
Yeni Samux şəhəri salınacaq
SİYASƏT
TBMM XİK Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi
İDMAN
Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
SOSİAL
Xeyli miqdarda saxta sement aşkarlandı
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Brilliantın «samovar»ı
Brilliantın «samovar»ı
Şriftin ölçüsü: Decrease font Enlarge font

Halal olsun sənə Briliant, üzümüzü ağ elədin. Allah o "samovarını" sənə çox görməsin. Sayəndə bütün Türkiyə sənin "samovarından" danışır. Bilməyənlərə də agah olsun ki, bizim as sənətkarımız Briliant Dadaşova "Kanal D"də Seda Sayanın proqramına qatılıb və proqramda türk müğənnisinin "Türkiyəyə gələndə həyat yoldaşınızlamı gəlirsiniz" sualına Briliant "Bizdə bir məsəl var ki, hər yerə öz samovarınla getmə. Türkiyədə nə çoxdur samovar..." cavabını verib. Öncə sənətçinin diqqətinə çatdırım ki, bu, bizim məsəl deyil.
Yazıq Seda Sayan. Türk tamaşaçılarının qarşısında utanıb, qızarıb (baxmayaraq ki, 7 dəfə ərə gedib) və bizim müğənniyə başa salıb ki, bu sözü işlətmək ayıbdır. Xüsusilə də, qadın üçün. Demə, Türkiyədə bu məsəli yalnız kişilər çəkirmiş.
Hələ Briliant bizim sənətçilərin abırlılarındandır. Düşünün də, Rəqsanə olsaydı, nə deyəcəkdi. Hələ Nisə Qasımovanın verilişində Briliant bunu desəydi. Aləm olacaqdı. Yeri gəldi-gəlmədi, məntiqsiz-məntiqli fikirlərə əl çaldıran Nisə buna da, bağıraraq, studiyadakılara "alqışlayın" deyəcəkdi. Bilmirəm biz niyə türk kanallarını qınayırıq ki, qadınlarımızı təhqir edirlər. İndi, a millət, Briliantın bu biədəb zarafatındanmı deyim, ciddi fikrindənmi deyim, sonra o kanallar və o kanalların tamaşaçısı bizim haqqımızda nə düşünəcək?
Şəxsən mən bir də türk kanallarında qadınlarımız haqqında nəsə deyilsə, reaksiya verməyəcəm. Niyə də verim? Bir şeyə ki, biz şərait yaradırıq. Səsimi çıxarsam, Briliantın "samovarını" qoyacaqlar qarşıma ki, bu da etirazına cavab.
Hələ Briliant yaxşıdır e, yenə "samovardan" danışır. Bizim Tünzalə deputat olmaqdan dəm vurur. Bu qızcığaz bir-iki nazir xanımının, bir-iki də deputatın mahnısını oxuyur və özünü deputat kürsüsündə görür. Daha başa düşmür ki, Taimex-in dovğasını içməklə deputat olmaq olmur. Yüz faiz, Tünzalə Zeynəb xanım Xanlarova ilə bəhsə girib. Yəqin düşünür ki, növbəti il xanım deputatın yeri boşalacaq. Fürsəti niyə fovtə versin ki. Hələ harasıdır? Bir neçə aydan sonra Aygün Kazımova da deputatlıq iddiasına düşəcək. Qoyun, Həcər qeyrətli, Xuraman vəfalı Tünzalə parlamentə girsin, sonrası əla olacaq, sənətçilərin parlamentə axını başlayacaq.
Aygün demişkən, bu yaxınlarda bu sənətçiyə ev verilib. Aydın məsələdir ki, dövlət həmişə öz qayğısını sənətçilərə göstərib. Bu da onun üçündür ki, gedib onun-bunun əlini öpməsinlər. Öz evlərində yaşasınlar. Pis-yaxşı, dövlətin ayırdığı təqaüdlə dolana bilsinlər. Yəni bu dəfə də dövlətimiz əhdinə sadiq qalıb sənətçiyə ev verib. Aygün də etməyib tənbəllik, mətbuata deyib ki, yeni evindən qarderob kimi istifadə edəcək. Bu da bizim evsiz jurnalistləri cin atına mindirib. Bu sənətçi dərk etmir ki, o, pal-paltarını yığmağa yer tapmır, bizim jurnalistlər isə yatmağa. Yenə Aygünün "Hummer"i var. Lazım olsa, onun içində də gecələyə bilər. Bizim jurnalistlərin heç "zapı"sı da yoxdur.
Əlqərəz, əziz oxucular, tam rahat olun. Gələn il siz Tünzaləni parlamentin lap ön sıralarında beynəlxalq məsələlərdən danışarkən görəcəksiniz. Bu sətirləri yazarkən yanımda əyləşən həmkarım dəhşətə gəldi və "onda kül oldu bu millətin başına ki" dedi. Eşitdiyimə görə, bəziləri Tünzaləni əməlli-başlı inandırırlar ki, o, tam bir diplomat kimi danışır, çox savadlıdır və yeri parlamentdir. İndi, əziz oxucular, bu kəlmələr sizə deyilsə, siz deputat olmaq istəməzsiniz?

P.S. Briliantın menyüsünə: hamı yerli mal alsın, xeyir Vətənə qalsın!

887 dəfə oxunub
22/02/2012 20:01:00 "Azəbaycana il ərzində 2 milyondan çox turist gəlir”
22/02/2012 20:00:00 Nəzakət Teymurovanın səsi xarici ölkədə eşidilir
22/02/2012 19:57:00 “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
22/02/2012 19:56:00 Muskomediya növbəti mövsümü öz binasında açacaq
22/02/2012 19:55:00 Samira “Azərbaycanın Uitni Hyustonu" kimi təqdim olunacaq
22/02/2012 19:52:00 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22/02/2012 19:51:00 Hərbçilərimiz ABŞ-a kursa gedir
22/02/2012 19:50:00 “Beşikdən məzara” təqdim olundu
22/02/2012 19:50:00 Azərbaycanda kino sahəsi inkişaf edir
22/02/2012 19:49:00 “Böyükmiqyaslı müharibə Rusiyanın xeyrinə deyil”
22/02/2012 19:47:00 Sənətçilər Xocalı soyqırımı ərəfəsində konsert verəcəkmi?
22/02/2012 16:59:00 Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
22/02/2012 16:51:00 Naxçıvanda 11 tarix və mədəniyyət abidəsi tapıldı
22/02/2012 16:48:00 Bakı keçidlərindəki Almaniya istehsallı eskalatorlar "kitayski" çıxdı
22/02/2012 16:47:00 Xəzər üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri işdən azad edildi
22/02/2012 16:28:00 Sürücülərə şad xəbər: Azərbaycanın təmir olunan və yenidən qurulan yolları – SİYAHI
22/02/2012 15:57:00 ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu
22/02/2012 15:56:00 Hadı Rəcəbli: “Gənc ailələrin sosial müdafiəsinə dair qanun hazırlanır”
22/02/2012 15:46:00 Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşdü
22/02/2012 15:35:00 Rusiya komandasının baş məşqçisi Türkiyədə öldü
22/02/2012 15:34:00 2 jurnalist öldürüldü, 4-ü yaralandı
22/02/2012 13:48:00 Gəncədə polis 8 qumbara tapdı
22/02/2012 13:46:00 Bakıda qanunsuz ovun qarşısı alınıb
22/02/2012 13:45:00 Türkiyənin “Eurovision-2012” mahnısı bu gün təqdim ediləcək
22/02/2012 13:44:00 Komitə sədri: “Bələdiyyə torpaqları bəlli deyil”
22/02/2012 13:43:00 Əli Əhmədov: “Bu, İranda yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir”
22/02/2012 13:42:00 Əli Hüseynli: “Xocalı soyqırımı ilə bağlı milli səviyyədə məhkəmə qurulmalıdır”
22/02/2012 13:40:00 Ermənilər 1994-cü ilədək işğaldakı ərazilərimizdə 373 terror aktı törədib
22/02/2012 13:39:00 “Ermənilər həm Şimali, həm Cənubi Azərbaycanda qırğınlar törədiblər”
22/02/2012 13:32:00 Gənclər Təşkilatları Milli Şurası e-mail “hücum” etdi
22/02/2012 13:32:00 “Qarabağ həqiqətləri- “Kimdir günahkar?” filmi sabah ictimaiyyətə təqdim olunacaq
22/02/2012 13:28:00 Torpaqlar çirklənmədən qorunmalıdır
22/02/2012 13:27:00 Şura üzvlüyünə qruplar üzrə seçkilər gələn həftədən başlanır
22/02/2012 13:24:00 Sənaye sahələrində 3,1 milyard manatlıq məhsul istehsal edilib
22/02/2012 13:24:00 NABUCCO kəmərinin yükü azaldıla bilər
22/02/2012 13:22:00 Doqquz  şirkət icbari sığorta ilə məşğul olacaq
22/02/2012 13:21:00 Müsabiqədə 229 müəllim mübarizə aparacaq
22/02/2012 13:19:00 "Fəth 1453" 4 günə 12,9 milyon lirə qazanıb
22/02/2012 13:15:00 İsmayıllıda sənətkarlıq sahələrinə geniş yer veriləcək
22/02/2012 13:14:00 “Miras” Xocalı faciəsini məktəblilərə anladacaq
22/02/2012 13:13:00 Maliyyə Nazirliyi QHT-lərə vaxt verdi
22/02/2012 13:11:00 Özəl bankların payı artıb
22/02/2012 13:10:00 İndoneziyada oranqutanlar özləri barədə filmə baxacaq
22/02/2012 13:09:00 Arılar barədə bilmədiklərimiz
22/02/2012 13:08:00 Avstraliya tarixində ən böyük çəhrayı almaz tapılıb
22/02/2012 12:57:00 Qadın ərini “kişi” sevgilisi ilə evləndirəcək
22/02/2012 12:52:00 NATO əsgərləri Quranı yandırdı, Ağ ev üzr istədi
22/02/2012 12:51:00 Məşhur alimlərə və bəstəkara Prezidentin fərdi təqaüdü verildi
22/02/2012 12:51:00 Veteranlar “Şöhrət” ordeni ilə təltif edildilər-SİYAHI
22/02/2012 12:50:00 Azərbaycanda uzunluğu 800 metr olan relslər hazırlanır



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb