SOSİAL
Yeni Samux şəhəri salınacaq
SİYASƏT
TBMM XİK Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi
İDMAN
Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
SOSİAL
Xeyli miqdarda saxta sement aşkarlandı
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Bizim həmsədrlər
Bizim həmsədrlər
Şriftin ölçüsü: Decrease font Enlarge font

Canım, ay ATƏT. Görəsən, sizlər olmasanız yazı qıtlığı yaşayan Azərbaycan mətbuatı nə edərdi? Az qala hər gün bir bəyanat, eyni suallar, eyni cavablar, ayın əvvəli-sonu qastrol səfərləri. Düşünün, görün, biz jurnalistlər üçün nə qədər mövzu var. Yazırıq.
Bu uç qardaş dünən də bir bəyanat verdi. Məzmun dəyişməyib. Sadəcə, adı yeni bəyanat idi. Bizim qəzet də daxil olmaqla, bütün mətbuatın baş yazısı, baş xəbəri o bəyanat oldu. Üç qardaşın həmişə söylədiyi bir fikir həmin bəyanatda da var idi. Qardaşlar deyir ki, Dağlıq Qarabağ problemi hərb yolu ilə həll oluna bilməz. Çox sağ olun, bizi düşündüyünüzə görə Bernar dayı, Metyu dayı, Yuri dayı. Görünür, bu dayılar bizə ziyan dəyməsini istəmirlər. Xülasə, hərb yoluna bir quş. Bəs, onda bu münaqişə hansı yolla həll olunacaq?
Qardaşlar deyir ki, danışıqlar yolu ilə. Hətta qızıl imkanlar da var. Əndişələnməyin, Kəlbəcərin qızılından söhbət getmir...
Belə anlayıram ki, fasyelər Azərbaycanı çox sevdiyindən, bu cür bəyanatlar hələ çox olacaq. Görünür, onlar da müharibələri sevmirlər. Özü də necədirsə, bu adamlar yalnız bizdə müharibə olmasını istəmirlər. Azərbaycanlılara olan sevginin gücünə bax e. Özləri müharibə adıyla İraqa, Əfqanıstana girə bilirlər. Zarafat-zarafat, müharibə də aparırlar. Hələ İrana da hücuma hazırlaşırlar, Koreyanı da hədələyirlər. Bəxtəvər bizim başımıza. Dost tapanda da belə dost tapar e adam. Elə ki, bir toyuğumuzun ayağına daş dəydi, bəyanat bəyanatın ardınca gəlir. Məsələn, Fransada yerləşən nə bilim, hansısa bir beynəlxalq təşkilat qalxıb bəyanat verir ki, bəs, Bakının filan küçəsində çil toyuq hasardan hoppanarkən ayağı zədələnib. Əgər Əli kişi hasarı çox hündür tikməsəydi, çil toyuğun ayağı zədələnməyəcəkdi. Biz bunu pisləyirik və gələcək hesabatlarımızda mütləq qeyd edəcəyik ki, ev quşlarının hüquqları pozulmasın. Görürsünüz, bizdə adi çil toyuğun ayağının zədələnməsi Avropada belə səs-küy qopardır, amma Ermənistanda insanlar həbs olunur, öldürülür (xatırla, Ermənistanda keçirilən sonuncu prezident seçkisini). Bütün bunlar heç Avropanın və avropalının tükünü də tərpətmir. Sonuncu bəyanatlarından sonra ağlım belə kəsir ki, Minsk Qrupu həmsədrləri də xarici ölkələrə getməyi çox sevirlər və hələ bu səfərlərin sayının artırılmasını istəyirlər. Kişilər həftə səkkiz, mən doqquz dövlət hesabına səfərlər edir - yeməklər, içməklər, qonaqlıqlar. Kim bunu istəməz ki? İndi deyin görüm bu qədər gəzintilər, bu qədər yeyib-içməklərdə olsaydınız, siz istəyərdiniz ki, hansısa məsələ hərb yolu ilə həll olunsun? Yox! Məsələn, Azərbaycan Ordusu öz torpaqlarını düşmənlərdən azad etməyə qalxsa, uzağı bir aya məsələni həll edəcək. İndi müqayisə edin, 16 il hara, 1 ay hara? Heç öz ölkəsində Fasye, Merzlyakov, Brayza üçlüyü bu qədər məşhur olmayıb. İndi kişilər əməlli-başlı məşhurdurlar. Artıq Maykl Ceksonu, bizim Nadir Qafarzadəni, Toliki, Faiqi də arxada qoyublar. Körpə uşaqlar da bizim məşhurlardan daha çox bu üç "muşketyoru" tanıyır. Şəxsən məndən olsa, bu adamlar artıq Azərbaycanda yaşamalıdırlar. Demək olar ki, həftənin əvvəli də, axırı da Bakıdadırlar. Yazıqdırlar, yollarda qaliblar. Üzümüz-gözümüz də öyrəşib. Təklif edirəm ki vətəndaşlıq verək onlara. Məncə, bunu özləri də istəyirlər. Elə olmasa, bu qədər gedib-gəlməzdilər Azərbaycana. Gördünüz, Eskudero dayı da vətəninə qayıtmadi. Və qazandı. ABŞ-da qalsaydı qazandıqlarını da indi itirmişdi. Nə isə, standartsız-filansız verək vətəndaşlığı, qoy, yeyib, içib, yatsınlar. Necə ki, yatırlar.
Biz də qardaşlarımızdan fərqli olaraq, standartsız- filansız keçək fəaliyyətə, götürək top-tüfəngimizi, gedək Dağlıq Qarabağa. Biz ki Amerikadan İraqa və yaxud Əfqanıstana getmirik . Öz ərazilərimizi terrorçulardan təmizləyirik. Necə ki, dostlarımız kilometrlərlə yolu qət edib əfqanların vətəni Əfqanıstanda terrorçu axtarırlar. Məncə, dünya da bizi dəstəkləyəcək. Niyə də dəstəkləməsinlər, onlar deyildi bəyanat verib ərazi bütövlüyümüzü tanıyan? Biz də bütöv ərazimizdə müharibəsiz-filansız gəzək də. Bu qədər bəsit.

648 dəfə oxunub
22/02/2012 20:01:00 "Azəbaycana il ərzində 2 milyondan çox turist gəlir”
22/02/2012 20:00:00 Nəzakət Teymurovanın səsi xarici ölkədə eşidilir
22/02/2012 19:57:00 “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
22/02/2012 19:56:00 Muskomediya növbəti mövsümü öz binasında açacaq
22/02/2012 19:55:00 Samira “Azərbaycanın Uitni Hyustonu" kimi təqdim olunacaq
22/02/2012 19:52:00 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22/02/2012 19:51:00 Hərbçilərimiz ABŞ-a kursa gedir
22/02/2012 19:50:00 “Beşikdən məzara” təqdim olundu
22/02/2012 19:50:00 Azərbaycanda kino sahəsi inkişaf edir
22/02/2012 19:49:00 “Böyükmiqyaslı müharibə Rusiyanın xeyrinə deyil”
22/02/2012 19:47:00 Sənətçilər Xocalı soyqırımı ərəfəsində konsert verəcəkmi?
22/02/2012 16:59:00 Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
22/02/2012 16:51:00 Naxçıvanda 11 tarix və mədəniyyət abidəsi tapıldı
22/02/2012 16:48:00 Bakı keçidlərindəki Almaniya istehsallı eskalatorlar "kitayski" çıxdı
22/02/2012 16:47:00 Xəzər üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri işdən azad edildi
22/02/2012 16:28:00 Sürücülərə şad xəbər: Azərbaycanın təmir olunan və yenidən qurulan yolları – SİYAHI
22/02/2012 15:57:00 ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu
22/02/2012 15:56:00 Hadı Rəcəbli: “Gənc ailələrin sosial müdafiəsinə dair qanun hazırlanır”
22/02/2012 15:46:00 Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşdü
22/02/2012 15:35:00 Rusiya komandasının baş məşqçisi Türkiyədə öldü
22/02/2012 15:34:00 2 jurnalist öldürüldü, 4-ü yaralandı
22/02/2012 13:48:00 Gəncədə polis 8 qumbara tapdı
22/02/2012 13:46:00 Bakıda qanunsuz ovun qarşısı alınıb
22/02/2012 13:45:00 Türkiyənin “Eurovision-2012” mahnısı bu gün təqdim ediləcək
22/02/2012 13:44:00 Komitə sədri: “Bələdiyyə torpaqları bəlli deyil”
22/02/2012 13:43:00 Əli Əhmədov: “Bu, İranda yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir”
22/02/2012 13:42:00 Əli Hüseynli: “Xocalı soyqırımı ilə bağlı milli səviyyədə məhkəmə qurulmalıdır”
22/02/2012 13:40:00 Ermənilər 1994-cü ilədək işğaldakı ərazilərimizdə 373 terror aktı törədib
22/02/2012 13:39:00 “Ermənilər həm Şimali, həm Cənubi Azərbaycanda qırğınlar törədiblər”
22/02/2012 13:32:00 Gənclər Təşkilatları Milli Şurası e-mail “hücum” etdi
22/02/2012 13:32:00 “Qarabağ həqiqətləri- “Kimdir günahkar?” filmi sabah ictimaiyyətə təqdim olunacaq
22/02/2012 13:28:00 Torpaqlar çirklənmədən qorunmalıdır
22/02/2012 13:27:00 Şura üzvlüyünə qruplar üzrə seçkilər gələn həftədən başlanır
22/02/2012 13:24:00 Sənaye sahələrində 3,1 milyard manatlıq məhsul istehsal edilib
22/02/2012 13:24:00 NABUCCO kəmərinin yükü azaldıla bilər
22/02/2012 13:22:00 Doqquz  şirkət icbari sığorta ilə məşğul olacaq
22/02/2012 13:21:00 Müsabiqədə 229 müəllim mübarizə aparacaq
22/02/2012 13:19:00 "Fəth 1453" 4 günə 12,9 milyon lirə qazanıb
22/02/2012 13:15:00 İsmayıllıda sənətkarlıq sahələrinə geniş yer veriləcək
22/02/2012 13:14:00 “Miras” Xocalı faciəsini məktəblilərə anladacaq
22/02/2012 13:13:00 Maliyyə Nazirliyi QHT-lərə vaxt verdi
22/02/2012 13:11:00 Özəl bankların payı artıb
22/02/2012 13:10:00 İndoneziyada oranqutanlar özləri barədə filmə baxacaq
22/02/2012 13:09:00 Arılar barədə bilmədiklərimiz
22/02/2012 13:08:00 Avstraliya tarixində ən böyük çəhrayı almaz tapılıb
22/02/2012 12:57:00 Qadın ərini “kişi” sevgilisi ilə evləndirəcək
22/02/2012 12:52:00 NATO əsgərləri Quranı yandırdı, Ağ ev üzr istədi
22/02/2012 12:51:00 Məşhur alimlərə və bəstəkara Prezidentin fərdi təqaüdü verildi
22/02/2012 12:51:00 Veteranlar “Şöhrət” ordeni ilə təltif edildilər-SİYAHI
22/02/2012 12:50:00 Azərbaycanda uzunluğu 800 metr olan relslər hazırlanır



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb