DÜNYA
İran səfiri: “Erməni xalqı ilə İran xalqı bir birinə oxşardır”
ANA SƏHİFƏ
Türkiyədə erməni yazıçı qoruqdakı dağı dağıdıb
MAQAZİN
Avropa Azərbaycandan fərqli şou gözləyir
DÜNYA
Obamanın nənəsi qəzaya düşüb
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Dolların qara günləri başlayır
Dolların qara günləri başlayır
Şriftin ölçüsü: Decrease font Enlarge font

Dünya iqtisadiyyatının bərpası və inkişafı ləng gedir. Artıq dollar və dollarla bağlı aktivlər investorlar üçün cəlbedici deyil. Daha doğrusu investorlar ondan xilas olmağa üstünlük verirlər. Bu günlərdə G7 ölkələrinin maliyyə nazirlərinin görüşünün nəticələri də dollar üçün perspektivli gələcək vəd etmir. «Güclü dollar» artıq arxada qalıb. Onun əleyhinə Federal Ehtiyat Sisteminin çap maşınları və ABŞ-da tələbatın azalması işləyir. Dolların möhkəmlənməsi üçün isə başlıca addım uçot dərəcəsinin qaldırılması siklinə qayıtmaqdır. Bunu isə Federal Ehtiyat Sistemi yaxın perspektdə edə bilməyəcək. Hələki ölkə iqtisadiyyatı möhkəm inkişaf relsinə düşməyib. Çünki uçot dərəcəsinin qaldırılması yenicə cücərən inkişaf tempini boğa bilər. Beynəlxalq Valyuta Fondunun son tövsiyələri də uçot dərəcəsinin qaldırılmasının çox təhlükəli olduğunu vurğulayıb. Fond rəsmiləri hesab edir ki, iqtisadiyyatın bərpası üçün mərkəzi bank aşağı uçot dərəcəsini saxlamalı stimullaşdırıcı tədbirləri davam etdirməlidir. Bundan başqa, ABŞhakimiyyəti böhran əleyhinə stimullaşdırıcı proqramını davam etdirir. Bu o deməkdir ki, çap maşını tam gücü ilə işləyəcək. Beləliklə, «güclü dollar» amerika iqtisadiyyatının dirçəlməsinə qurban verilir. Hakimiyyət başa düşür ki, dolların digər aparıcı valyutalara nisbətən dəyərsizləşməsinin qarşısını almaq üçün nəsə etmək gücündə deyil. Özü də bunda maraqlı deyil. Birincisi, dolların möhkəmlənməsinin arxasında güclü iqtisadiyyat dayanmalıdır ki, bu da  yuxarıda qeyd etdiyimiz kimi indiki böhran dövründə reallıqdan uzaqdır. İkincisi, ABŞ dolları zəiflətməklə iqtisadiyyatında canlanma yaratmaq istəyir. Çünki ucuz məhsul ölkəyə gətirilən xarici məhsullarla rəqabət aparmaq imkanı qazanır. İstehlakçı isə daha ucuz və keyfiyyətli məhsula üstünlük verir. Ucuz ABŞ məhsulları nəinki daxili bazarda, həm də xarici bazarda mövqeyini möhkəmləndirir. Bu, istehsalı artırmaqla yanaşı ixraca təkan verir, iqtisadiyatın artım tempini stimullaşdırır. Deməli, güclü dollar ABŞ-a sərfəli deyil. Bundan məyus olanlar isə investorlardvır. Onlar kapitallarının bir hissəsini daha etibarlı avropa aktivlərinə və qiymətli metallara yönəltmək məcburiyyətində qalıblar.
 Hadisələrin bu istiqamətdə inkişafı dolların dünya valyutası olması imkanlarına da təsir edir. Hazırda onun dünya valyutası olmasına qarşı mübarizə aparan kifayət qədər qüvvələr var. Xüsusilə yanacağın dollarla alqı-satqısına qarşı çıxanlar ondan imtina etməyə çalışırlar. İran körfəsi ölkələri, Çin, Rusiya, Yaponiya və Fransa birlikdə neftin alqı-satqısında dollardan imtina planı üzərində işləyirlər. Artıq həmin ölkələrin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri arasında bir neçə görüş keçirilib. Həmin görüşlərdə neftin qiymətinin Yaponiya iyenası, Çin yuanı, qızıl və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt  və Qətərin birlikdə istifadə edəcəyi valyutanın (onun yaradılması nəzərdə tutulur) da daxil olduğu valyuta səbətinə bağlanması müzakirə edilib. Neftin dollarla alqı-satqısından imtina edilməsi ilə bağlı xəbərləri İran körfəzi ölkələri və Çin maliyyə dairələrində təsdiq ediblər. Bu cür dəyişikliyə Braziliya və Hindistandan da dəstək gəlib. Yanacağın alqı-satqısında dollardan imtinanın 2018-ci ildən baş tutacağı planlaşdırılır. Hələlik valyuta səbətinin tərkibi tam yekunlaşmayıb. Ola bilsin ki, Rusiya rublu da valyuta səbətinə daxil olsun. Beləliklə, ABŞ zəif dollar hesabına iqtisadiyyatını dircəltmək istəyir, yanacaqla zəngin ölkələr isə onla alqı-satqıdan xilas olmağa çalışırlar. Fransa, Yaponiya və Çinin də onlara qoşulması dollar üçün xoş gələcək vəd etmir.

332 dəfə oxunub
07/02/2012 16:13:00 Vergilər mobil telefonla ödəniləcək
07/02/2012 16:10:00 Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
07/02/2012 16:06:00 Tamaşaçılar Teatrının tamaşası festivalda nümayiş olundu
07/02/2012 16:02:00 Musiqili Komediya Teatrı tamaşalarını nümayiş etdirir
07/02/2012 16:01:00 EMİN “Megapolis FM” radiosunun qonağı olub
07/02/2012 15:53:00 QHT Şurasının fəaliyyəti təqdir olunur
07/02/2012 15:51:00 Vergi ödəyicilərinin e-qeydiyyatının müsbət tərəfləri açıqlandı
07/02/2012 15:36:00 Azərbaycanın Suriyadakı səfirliyinin mühafizəsi gücləndirilib
07/02/2012 15:35:00 Azərbaycan BMT-nin daha bir komitəsinə üzv olub
07/02/2012 15:25:00 Fransalı deputatlar azərbaycanlı köçkünlərlə görüşüblər
07/02/2012 15:24:00 Fransada «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib
07/02/2012 15:22:00 Azərbaycanlı deputatın təşəbbüsü ilə beynəlxalq konfransının sənədlərinə Xocalı faciəsi haqqında qətnamə salınıb
07/02/2012 15:17:00 Əli Həsənov fransız deputatlarla görüşdə Sarkozini erməni adlandırdı
07/02/2012 15:15:00 Səbail rayon İcra Hakimiyyəti “Avroviziya”ya hazırlıq açıqlaması verdi
07/02/2012 15:14:00 Nazirlik RATİ-də yoxlamaya başlayır
07/02/2012 14:56:00 Azərbaycan teatrının canlı korifeyi 88 yaşını qeyd etdi
07/02/2012 14:55:00 "İlin adamı" mükafatı sahiblərinə təqdim edildi
07/02/2012 14:53:00 Aİ Azərbaycanda 16 yeni QHT layihəsini dəstəkləyəcək
07/02/2012 14:51:00 Klinton Gürcüstana səfər edəcək
07/02/2012 14:27:00 Azərbaycanda müəllimlərin işə qəbulunda yenilik olacaq
07/02/2012 14:25:00 Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib
07/02/2012 14:24:00 Həmyerlilərimizin kəşfi türk şirkətini dünya bazarına çıxardı
07/02/2012 14:23:00 Yanvarda 861 əcnəbi Azərbaycandan çıxarılıb
07/02/2012 14:20:00 Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar xərcləyib
07/02/2012 14:17:00 Bu gün Şövkət Ələkbərovanın anım günüdür
07/02/2012 14:13:00 Azərbaycan əhalisinə çovğun xəbərdarlığı
07/02/2012 14:11:00 Azərbaycanda əlil şagirdlərin dərslərdə birbaşa iştirak etmək imkanı olacaq
07/02/2012 14:08:00 Şölə Səfərəliyevanın duyğuları “Sən, rəssam”da öz əksini tapdı
07/02/2012 13:57:00 Respublikamızda balıq ovu azalıb
07/02/2012 13:55:00 Qadın deputatlarımız Tiflisə getdilər
07/02/2012 13:49:00 Rusiyalı nazir müavini ABŞ səfiri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
07/02/2012 13:45:00 Bakıda su xətlərinin donmasına rəsmi münasibət bildirildi
07/02/2012 13:30:00 Günay Musayeva xəstəxanaya düşdü
07/02/2012 13:25:00 Bahar Muradova: “Prezident İlham Əliyev növbəti dəfə antiazərbaycançı qüvvələri susdurdu”
07/02/2012 13:21:00 Pakistandan İsrailə şok xəbərdarlıq
07/02/2012 13:20:00 Egemen Bağış: "Türkiyənin hər hansı nazirini həbs edə biləcək güc tanımıram"
07/02/2012 13:17:00 2011-ci ilin ən yaxşı idmançıları müəyyənləşdi
07/02/2012 13:13:00 Kür çayı donub
07/02/2012 12:55:00 Yol polisindən sürücülərə və piyadalara ciddi xəbərdarlıq
07/02/2012 12:46:00 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
07/02/2012 12:46:00 Mövqelərimiz atəşə tutulub
07/02/2012 12:39:00 Təmas xəttində növbəti monitorinq keçiriləcək
07/02/2012 11:59:00 FHN «bp» şirkəti ilə əməkdaşlıq edəcək
07/02/2012 11:08:00 Bu gün Milli qəhrəmanlar Mübariz İbrahimov, Nazim Quliyev və Firuddin Şamoyevin doğum günüdür
06/02/2012 20:03:00 “Ekologiya ili”ndə böyük uğurlar əldə olunub
06/02/2012 20:02:00 Fikrət Əmirovun 90 illik yubileyi qeyd olunacaq
06/02/2012 18:26:00 Ermənipərəst qanuna qarşı çıxan senatorlar Bakıda
06/02/2012 18:17:00 Siyavuş Novruzov: “Ziyalılar Forumunun üzvləri fərari ziyalılardır”
06/02/2012 17:59:00 İndoneziya Azərbaycana yeni səfir təyin edib
06/02/2012 17:52:00 Qənirə Paşayeva: “Talassemiyalı xəstələrin sayı sürətlə artır”



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb