SOSİAL
DYP: Bəzi yollarda hərəkət etmək təhlükəlidir
ANA SƏHİFƏ
Birinci Dünya Müharibəsinin sonuncu veteranı öldü
HADİSƏ
Qayın yeznəsini güllələdi
ANA SƏHİFƏ
Avtobusların iş vaxtı qısaldıldı
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Türkiyəyə fərqli münasibət
Türkiyəyə fərqli münasibət
Şriftin ölçüsü: Decrease font Enlarge font

Fransa və Almaniya Türkiyənin Avropa Birliyində söz sahibi olacağından qorxur

Qərbə Türkiyəni «itirmək» isə çox baha başa gələ bilər

Son aylarda Türkiyə ətrafında qeyri-adi diplomatik fəallıq müşahidə olunur. Qərbin Türkiyəyə marağının artması onun İrana qarşı sanksiyanı sərtləşdirilməsi ideyasına müqavimət göstərən sonuncu bastion olması ilə bağlıdır. Ankara problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Türkiyə lideri İran prezidentini özünün «əziz dostu» adlandırır. Bu cür vəziyyət isə ABŞ-ı qane etmir və Avropanı qıcıqlandırır. Xarici qonaqların Ankaraya artan səfərlərinin arxasında da bu durur. Martın sonunda Almaniya kansleri Angela Merkel Ankaraya gəldi. O, İran əleyhinə sanksiyanın tətbiqi ilə bağlı Türkiyənin mövqeyini öyrənmək və Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə aydınlıq gətirmək istəyib. Berlində hesab edirlər ki,  Türkiyə üçün «imtiyazlı əməkdaşlıq» kifayətdir. Bu səfərdən sonra isə Ankaraya ABŞ prezidenti Barak Obama gəlib. O, Türkiyə rəhbərliyini iki ölkənin müttəfiq olduğuna və onların İranla bağlı münasibətlərini dəyişdirməyə cəhd göstərib. Türkiyə hakimiyyəti də passiv mövqeydə dayanmır. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin əvvəlində Avropaya səfər edib. Parisdə onun danışıqları alınmayıb. Fransa prezidenti Nikola Sarkozi Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı olduğunu bir daha nümayiş etdirib. Amma digər Avropa ölkələri bu məsələdə daha mahir siyasət həyata keçirirlər. Ümumiyyətlə, Türkiyəyə münasibətdə Avropa Birliyi ölkələrində bir-birinə zidd  xarici siyasət həyata keçirilir. Məsələn, İtaliya Xarici İşlər Nazirliyi açıq-açığına Paris və Berlinin mövqeyi ilə razı olmadığını bildirib. Roma Ankaranın Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini vurğulayıb.
Görünür Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxanların sonuncu arqumenti erməni məsələsi olacaq. Genişlənmə üzrə avrokomissar Ştefan Füle bunula bağlı bəzi işarələr vurub. O bildirib ki, türk-erməni münasibətlərinin normallaşdırılması «Türkiyənin AB-yə daxil olmasına kömək edə bilər». Bu isə tələdən başqa bir şey deyil. Çünki Türkiyə parlamenti Ermənistan-Türkiyə protokollarını radifikasiya etsə belə, onun ardınca digər bəhanələr gələcək. Məsələn, Ankaradan qondarma erməni soyqrımını qəbul etmək və Yerevandan bununla bağlı üzr istəmək tələb edilə bilər. Nə çoxdur qarşı tərəfin bəhanələri. Demək lazımdır ki, bu vaxtadək «erməni soyqrımı» ilə bağlı da Qərbdə müəyyən fikir ayrılıqları var. Bu yaxınlarda İsveç parlamenti qondarma erməni soyqrımını tanısa da, sonradan bu ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda parlamentin bu məsələyə hökmən yenidən baxmasının vacibliyi vurğulanıb. Hətta ABŞ prezidenti Barak Obama da prezident seçkisindən öncə «soyqrımı»n tanınmasına nail olacağı barədə verdiyi vədi yerinə yetirməkdən çox uzaqdır. Hətta, Konqresin müvafiq təşəbbüsünü «tormozlayıb».
Türkiyə isə özünü daha müstəqil, daha sərbəst aparır. O, İranı nüvə proqramı ilə bağlı Qərblə mübahisəsində açıq şəkildə dəstəkləyir. Bundan başqa, İsrailin nüvə silahı ilə bağlı qarşılıqlı iddia irəli sürür. Ankara özünün geosiyasi istiqamətini də dəyişir və bu, İslam dünyasına doğru meylliklə parallel baş verir. Bu gün iqtidarda olan Əldalət və İnkişaf Partiyası özünü mötədil mühavizəkar siyasi qüvvə hesab edir. İşdə o tədricən ölkəni islam dəyərlərinə və qaydalarına qaytarır, siyasətində «islam həmrəyliyi»ni önə çəkir. Buna müvafiq olaraq Ankara Vaşinqtona öz bazalarından İraqa müdaxilə üçün istifadə edilməsini qadağan etmişdir. Bundan başqa, danimarikalı Rasmusseni «karikatura qalmaqalı» ilə bağlı münasibətinə görə NATO-ya baş katib təyin edilməsinə qarşı çıxmış, İsrailin isə Qəzzada həyata keçirdiyi hərbi əməliyyatı kəskin tənqid etmişdir. Türkmiyənin iqtisadi əlaqələrində də dəyişikliklər baş verir. Onun Yaxın Şərqlə ticarət dövriyyəsi sürətlə artır, Türkiyə şirkətləri Asiya və Afrikada yeni investisiya layihələri həyata keçirir.
Qərb isə Türkiyəni öz düşərgəsində saxlamaq ümidini itirmir. Hazırda əsas məsələ Türkiyəni Avropa Birliyindən kənarda saxlamaqla buna nail olmağın mümkün olub-olmamasıdır. İqtisadi baxımdan Türkiyənin Avropa Birliyinə üzvlüyü Qərb üçün arzuediləndir. Çünki Türkiyə dinamik inkişaf edən iqtisadiyyata və böyük bazara sahibdir. Bundan başqa, onun ərazisindən neft və qaz kəmərləri (bəziləri kağız üzərində olsa da) keçir. Avropa bu kəmərlərin köməyi ilə Rusiyadan enerji asılılığından xilas olmağa ümid edir.  Bu isə AB üçün Türkiyəni «özünküləri»nin siyahısına salması üçün səbəbdir.
Amma buna qarşı çıxanları da başa düşmək olar. Türkiyə əhalisinin sayına görə üzv ölkələr arasında ön sırada olacaq. Deməli, onun AB orqanları tərəfindən qəbul edilən qərarlara, Avropa siyasətinin hazırlanmasına ciddi təsir etmək imkanları olacaq. Aydındır ki, İrana qarşı Avropanın siyasəti indikindən daha mülayim ola bilər. Yuxardakı səbəblərdən də, Fransa və Almaniya Türkiyədən çəkinir və onu özlərinin əsas rəqibi hesab edir.«Mən əminəm ki, Türkiyə tez-gec Avropa Birliyinin üzvü olacaq. Bu gün yaxındadır. Türkiyəsiz AB sadəcə «xristian klubu»dur,-Ərdoğan deyib. Bizə isə hadisələrin hansı istiqamətdə cəpəyan edəcəyini gözləmək qalır. Unutmayaq ki, Türkiyənin İrana qarşı sanksiyanı dəstəkləməməsi onun effektini minimuma endirir, ABŞ-ın bütün səylərini isə səmərəsiz edir. Qərbə Türkiyəni «itirmək» çox baha başa gələ bilər. Deməli...

1338 dəfə oxunub
08/02/2012 13:30:00 Şaxtalı hava ciddi problemlər yaratdı
08/02/2012 13:29:00 Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə olunub
08/02/2012 13:27:00 Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
08/02/2012 13:22:00 Ötən il 97 jurnalist öldürülüb
08/02/2012 13:19:00 Erməni komandan oğru çıxdı
08/02/2012 13:18:00 NATO xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfər proqramı hazırlanır
08/02/2012 13:17:00 Avropa İttifaqı ilə Azərbaycan QHT-ləri arasında saziş imzalanıb
08/02/2012 13:12:00 Bakı aeroportunda bəzi reyslər təxirə salınıb
08/02/2012 13:07:00 Təcili yardıma müraciət edənlərin sayı artıb
08/02/2012 13:05:00 Təhsil Nazirliyi şagirdləri dərsə gəlməyə məcbur etməyəcək
08/02/2012 12:58:00 Bakı-Sumqayıt xətti üzrə sərnişindaşımada problem yaranıb
08/02/2012 12:57:00 Sərnişin qatarlarına qoşulan əlavə vaqonların sayı artırıla bilər
08/02/2012 12:49:00 Azərbaycandan Türkiyəyə qaz nəqli bərpa edildi
08/02/2012 12:43:00 Fransa dünyanı şoka sala bilər
08/02/2012 12:42:00 Viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələrin təxmini vaxtı açıqlandı
08/02/2012 12:40:00 Türkiyədə erməni gerbinə oxşayan abidə sökülüb
08/02/2012 12:39:00 Nazir: «Azərbaycan üçün ən böyük problem Qarabağ münaqişəsidir»
08/02/2012 12:34:00 Bakıda tarixin ən soyuq gecəsi - 11 dərəcə şaxta
08/02/2012 12:33:00 Ermənilər Tərtər istiqamətində atəşkəsi pozub
08/02/2012 12:28:00 Gövhər Baxşəliyeva: “İslam aləmində qadınların ali təhsil almalarına ciddi diqqət yetirilməlidir”
08/02/2012 12:25:00 Haker qrupu xəfiyyələr arasındakı söhbəti əldə edə bilib
08/02/2012 12:24:00 Yaponiyalı rekorda imza atıb
08/02/2012 12:23:00 Diplomatik toxunulmazlığı olan şəxs həbs edilə bilməz
08/02/2012 12:21:00 «Turizm haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb
08/02/2012 12:20:00 Azərbaycan investisiya ixracatçısına çevrilir
08/02/2012 12:16:00 Əlillər üçün min mənzil tikiləcək
07/02/2012 16:13:00 Vergilər mobil telefonla ödəniləcək
07/02/2012 16:10:00 Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
07/02/2012 16:06:00 Tamaşaçılar Teatrının tamaşası festivalda nümayiş olundu
07/02/2012 16:02:00 Musiqili Komediya Teatrı tamaşalarını nümayiş etdirir
07/02/2012 16:01:00 EMİN “Megapolis FM” radiosunun qonağı olub
07/02/2012 15:53:00 QHT Şurasının fəaliyyəti təqdir olunur
07/02/2012 15:51:00 Vergi ödəyicilərinin e-qeydiyyatının müsbət tərəfləri açıqlandı
07/02/2012 15:36:00 Azərbaycanın Suriyadakı səfirliyinin mühafizəsi gücləndirilib
07/02/2012 15:35:00 Azərbaycan BMT-nin daha bir komitəsinə üzv olub
07/02/2012 15:25:00 Fransalı deputatlar azərbaycanlı köçkünlərlə görüşüblər
07/02/2012 15:24:00 Fransada «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib
07/02/2012 15:22:00 Azərbaycanlı deputatın təşəbbüsü ilə beynəlxalq konfransının sənədlərinə Xocalı faciəsi haqqında qətnamə salınıb
07/02/2012 15:17:00 Əli Həsənov fransız deputatlarla görüşdə Sarkozini erməni adlandırdı
07/02/2012 15:15:00 Səbail rayon İcra Hakimiyyəti “Avroviziya”ya hazırlıq açıqlaması verdi
07/02/2012 15:14:00 Nazirlik RATİ-də yoxlamaya başlayır
07/02/2012 14:56:00 Azərbaycan teatrının canlı korifeyi 88 yaşını qeyd etdi
07/02/2012 14:55:00 "İlin adamı" mükafatı sahiblərinə təqdim edildi
07/02/2012 14:53:00 Aİ Azərbaycanda 16 yeni QHT layihəsini dəstəkləyəcək
07/02/2012 14:51:00 Klinton Gürcüstana səfər edəcək
07/02/2012 14:27:00 Azərbaycanda müəllimlərin işə qəbulunda yenilik olacaq
07/02/2012 14:25:00 Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib
07/02/2012 14:24:00 Həmyerlilərimizin kəşfi türk şirkətini dünya bazarına çıxardı
07/02/2012 14:23:00 Yanvarda 861 əcnəbi Azərbaycandan çıxarılıb
07/02/2012 14:20:00 Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar xərcləyib



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb