SOSİAL
Yeni Samux şəhəri salınacaq
SİYASƏT
TBMM XİK Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi
İDMAN
Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
SOSİAL
Xeyli miqdarda saxta sement aşkarlandı
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Çaşqınlıq
Çaşqınlıq
Şriftin ölçüsü: Decrease font Enlarge font

Çikaqolu filosof Frensis Fukuyama “Böyük sınma” adlı kitabında bəşər tarixini üç sosial formasiyaya bölür: natural dövr, sənaye dövrü və informasiya dövrü. Sonuncunu “üçüncü dalğa”, “informasiya əsri”, “postindustrial era” da adlandırırlar elmi-kütləvi ədəbiyyatda.
İnformasiya dövrünün özəllikləri geniş araşdırma mövzusudur, bu barədə çoxlu əsərlər yazılıb və yazılmaqdadır, onu fəlakət kimi qarşılayanlar da var, bunun əksini düşünənlər də.
F.Fukuyama adı çəkilən həmin əsərində bir dövrdən başqa dövrə keçidin böyük sınmalarla izləndiyini yazır. Məsələn, natural dövrdə ovçuluqla və ya əkinçiliklə məşğul olan icma insanının nizamlı bir həyatı yox idi, yeni sənaye dövrünün 8 və ya 10 saatlıq iş bölgüsü öz növbəsində yeni sosial münasibətlər doğurmuş, insanların həyatında fabrik və şəhər ritmi böyük sınmalara səbəb olmuşdu. İnformasiyaya əsaslanan yeni sənaye dövrü daha mürəkkəbdir, insanların buna uyğunlaşması çətindir, nəticədə daha fərqli sınmalar baş verir. F.Fukuyamaya görə, əməyin mahiyyətinin dəyişməsi, fiziki əməyin zehni əməklə əvəzlənməsi, məsələn, milyonlarla qadına iş imkanları yaratmışdı və ənənəvi ailə dünyagörüşünü aradan qaldırmışdı. Yəni, informatika dövrünün meydana gəldiyi 60-cı illərdən başlayaraq Amerikada və Avropada belə olmuşdur.
Dolayısıyla, informasiya dövrünün qanunları amansızdır, köhnə dövrün qanunları ilə bir araya sığmamaqdadır, o, yeni münasibətləri labüd qılmaqdadır.
Bu qlobal dəyişmələrin xarakterini bilmədən ətrafımızda baş verənləri anlamağımız çətin olardı. Bəli, “Üçüncü dalğa”nın təsiri Azərbaycan toplumundan yan keçməməkdədir. Böyük sınmanın izlərini biz öz cəmiyyətimizdə görməyə bilmərik. Çox tez-tez olur, bu və ya digər hadisələrin nə üçün baş verdiyini izah etməkdə çətinlik çəkirik. İnformatika erasının insanı interşəxsiyyətdir, virtual kimliyi var, çoxparametrlidir. Onların nisbəti Azərbaycan toplumunda da get-gedə artmaqdadır. Bunun pis və ya yaxşı olmasıyla işim yoxdur, sadəcə bunun bir reallıq olduğunu diqqətə çatdırmaq istəyirəm.
Lakin mənim fikrimcə, Azərbaycan cəmiyyətində baş verən prosesləri başa düşməkdən ötrü “böyük sınma”yla yanaşı olaraq bəzi “lokal sınmaları” da diqqətə almalıyıq.
1920-ci ilə qədər şərq, müsəlman və türk dünyasından zorla qoparılmağımız (əlifbanın dəyişdirilməsi, dinin yasaq edilməsi, çadranın atılması, əski dövrə bağlı ziyalıların repressiyaya uğradılması və s.) və 70 il sonra Sovet imperiya zindanından çıxaraq amansız bazar iqtisadiyyatına keçid milli psixologiyamızda və mentalitetimizdə böyük sınmalara yol açmışdır ki, bunun reablitasiyası üçün ilk növbədə prosesin dərk edilməsi lazımdır.
İstər yaşlı, istərsə gənc nəsildən olan insanlar zamanın nəbzini tutmaqda, nələr baş verdiyinin mahiyyətini anlamaqda çətinlik çəkir, bu səbəbə görə izaholunmaz intiharların sayı bu qədər çoxdur, cavabsız suallar gözlənilməz xəstəlik və kriminal partlayış şəklində üzə çıxır. Mənasız şənlik və çal-çağır əhval-ruhiyyəsi bu çaşqınlığı və anlaşılmazlığı pərdələmək üçündür. Ziyalılar mövcud durumdan çıxış yolunu göstərməkdə aciz olduqca, şeytanın əsgərləri – falçılar və görücülər gizlənmiş olduqları tarixin qara dəliklərindən çıxmağa və meydan sulamağa başlayırlar. Çaışqınlıq növbəti fəalkətləri doğurur.

1549 dəfə oxunub
22/02/2012 20:01:00 "Azəbaycana il ərzində 2 milyondan çox turist gəlir”
22/02/2012 20:00:00 Nəzakət Teymurovanın səsi xarici ölkədə eşidilir
22/02/2012 19:57:00 “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
22/02/2012 19:56:00 Muskomediya növbəti mövsümü öz binasında açacaq
22/02/2012 19:55:00 Samira “Azərbaycanın Uitni Hyustonu" kimi təqdim olunacaq
22/02/2012 19:52:00 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22/02/2012 19:51:00 Hərbçilərimiz ABŞ-a kursa gedir
22/02/2012 19:50:00 “Beşikdən məzara” təqdim olundu
22/02/2012 19:50:00 Azərbaycanda kino sahəsi inkişaf edir
22/02/2012 19:49:00 “Böyükmiqyaslı müharibə Rusiyanın xeyrinə deyil”
22/02/2012 19:47:00 Sənətçilər Xocalı soyqırımı ərəfəsində konsert verəcəkmi?
22/02/2012 16:59:00 Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
22/02/2012 16:51:00 Naxçıvanda 11 tarix və mədəniyyət abidəsi tapıldı
22/02/2012 16:48:00 Bakı keçidlərindəki Almaniya istehsallı eskalatorlar "kitayski" çıxdı
22/02/2012 16:47:00 Xəzər üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri işdən azad edildi
22/02/2012 16:28:00 Sürücülərə şad xəbər: Azərbaycanın təmir olunan və yenidən qurulan yolları – SİYAHI
22/02/2012 15:57:00 ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu
22/02/2012 15:56:00 Hadı Rəcəbli: “Gənc ailələrin sosial müdafiəsinə dair qanun hazırlanır”
22/02/2012 15:46:00 Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşdü
22/02/2012 15:35:00 Rusiya komandasının baş məşqçisi Türkiyədə öldü
22/02/2012 15:34:00 2 jurnalist öldürüldü, 4-ü yaralandı
22/02/2012 13:48:00 Gəncədə polis 8 qumbara tapdı
22/02/2012 13:46:00 Bakıda qanunsuz ovun qarşısı alınıb
22/02/2012 13:45:00 Türkiyənin “Eurovision-2012” mahnısı bu gün təqdim ediləcək
22/02/2012 13:44:00 Komitə sədri: “Bələdiyyə torpaqları bəlli deyil”
22/02/2012 13:43:00 Əli Əhmədov: “Bu, İranda yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir”
22/02/2012 13:42:00 Əli Hüseynli: “Xocalı soyqırımı ilə bağlı milli səviyyədə məhkəmə qurulmalıdır”
22/02/2012 13:40:00 Ermənilər 1994-cü ilədək işğaldakı ərazilərimizdə 373 terror aktı törədib
22/02/2012 13:39:00 “Ermənilər həm Şimali, həm Cənubi Azərbaycanda qırğınlar törədiblər”
22/02/2012 13:32:00 Gənclər Təşkilatları Milli Şurası e-mail “hücum” etdi
22/02/2012 13:32:00 “Qarabağ həqiqətləri- “Kimdir günahkar?” filmi sabah ictimaiyyətə təqdim olunacaq
22/02/2012 13:28:00 Torpaqlar çirklənmədən qorunmalıdır
22/02/2012 13:27:00 Şura üzvlüyünə qruplar üzrə seçkilər gələn həftədən başlanır
22/02/2012 13:24:00 Sənaye sahələrində 3,1 milyard manatlıq məhsul istehsal edilib
22/02/2012 13:24:00 NABUCCO kəmərinin yükü azaldıla bilər
22/02/2012 13:22:00 Doqquz  şirkət icbari sığorta ilə məşğul olacaq
22/02/2012 13:21:00 Müsabiqədə 229 müəllim mübarizə aparacaq
22/02/2012 13:19:00 "Fəth 1453" 4 günə 12,9 milyon lirə qazanıb
22/02/2012 13:15:00 İsmayıllıda sənətkarlıq sahələrinə geniş yer veriləcək
22/02/2012 13:14:00 “Miras” Xocalı faciəsini məktəblilərə anladacaq
22/02/2012 13:13:00 Maliyyə Nazirliyi QHT-lərə vaxt verdi
22/02/2012 13:11:00 Özəl bankların payı artıb
22/02/2012 13:10:00 İndoneziyada oranqutanlar özləri barədə filmə baxacaq
22/02/2012 13:09:00 Arılar barədə bilmədiklərimiz
22/02/2012 13:08:00 Avstraliya tarixində ən böyük çəhrayı almaz tapılıb
22/02/2012 12:57:00 Qadın ərini “kişi” sevgilisi ilə evləndirəcək
22/02/2012 12:52:00 NATO əsgərləri Quranı yandırdı, Ağ ev üzr istədi
22/02/2012 12:51:00 Məşhur alimlərə və bəstəkara Prezidentin fərdi təqaüdü verildi
22/02/2012 12:51:00 Veteranlar “Şöhrət” ordeni ilə təltif edildilər-SİYAHI
22/02/2012 12:50:00 Azərbaycanda uzunluğu 800 metr olan relslər hazırlanır



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb