Əli Bayramlının adını dəyişməklə ermənilərə kələk gəlmişik
Son vaxtlar ölkədə bir neçə maraqlı hadisə baş verib ki, mən özümə borc bilirəm bu məsələlərə münasibət bildirim. Çünki onsuzda rəsmi qurumlar mətbuata münasibət bildirməkdən çox, öz qarınlarını qaşımağı daha vacib sayırlar. Odur ki, elə biz də özümüz münasibət bildirib, özümüz də yazırıq. Son vaxtlar ATV-də «El içində» verilişinin aparıcısı Elçin Əlibəyli kolbasa reklamına başlayıb və bizim qonşuluqdakı mağazada kolbasa-sosiska alveri yüksələn xətlə davam edir. Məndə bundan sevincək olmuşam, çünki mağaza satıcısının kefi o qədər kökdür ki, ona olan borcumu istəməyi yaddan çaxırdıb. Elçin çox savadlı aparıcıdır, yeni verilişindən sonra da çox populyarlıq qazandı. Amma «Halal» adı ilə satışa çıxarılan kolbasaların tərkibini açıqlayanda, bu məhsulların stantdartlara cavab vermədiyini efirdə sübut eləyəndə, mən ona ürəkdən «Halal olsun sənə, Elçin!» dedim. Amma üstündən bir müddət keçdi və bu gözəl insan başladı «Halal» kolbasa və sosiskalarını reklam eləməyə ki, ay belə dadlıdır, belə tərkibi var, təmiz və 100 faiz «E.Ə» halaldır. Amma Elçin Əlibəyli gərək unutmayaydı ki, məhz bu reklamdan qazandığı pullardan da artıq onun karyerasına ziyan dəydi. Şəxsən məndə bir tamaşaçı kimi Elçinə olan inam itib.
İndi keçək o biri məsələyə ki, bizim bu Əli Bayramlı rayonunun adının dəyişməsi erməniləri yaman narahat eləyibdir. Məsələ burasındadır ki, elə biz də bundan bərk narahatıq. Ona görə ki, taksi saxlatdırıb deyəndə məni Şirvana apar, sürücü çaş-baş qalır. Elə bilir, ona deyirəm ki, məni köhnə pulla bir «şirvan»a apar. Amma deyəndə ki, Əli Bayramlıya apar, onda başa düşür. Erməniləri narahat eləyən məsələ də elə bu adla bağlıdır...
...1993-cü ilin əvvəlləri idi. Bizim Zəngilan rayonu ermənilərlə döyüşdə tək qalmışdı. Qəhrəman əsgərlərimiz də bağlarda meyvə-tərəvəzdən yeyib həqiqətən də qəhrəman kimi döyüşürdülər. Bir gün bizim kəndimizə bir erməni əsgərini tutub gətirmişdilər. Köpək oğlunun adı yadımda qalmayıb, amma hiss olunurdu ki, anası azəri kişilirlə çox mehriban olmuşdu. Çünki bir suyumu bizə oxşayırdı, həm də nə deyirdin, cavab qaytarırdı. Axırda uşaqlar dedilər, gəlin bunu öldürək, amma əsgərlər razı olmadılar. Məlum oldu ki, bu yaramaz dığanı hansısa azərbaycanlı əsirlə dəyişəcəklər. Onda dedilər, gəlin bunun qulağın kəsək. Yıxdılar bu ermənini yerə, başladılar küt lezya ilə qulağın kəsməyə. Bu erməni də yenə dilin dinc qoymadı və başladı qışqırmağa ki, «Ara, nə edirsiniz edin, onsuz da Bayram Əliyə qədər bizimdir». Sonradan mənə məlum oldu ki, bu erməni dığası Əli Bayramlı demək istəyirmiş. Yəni fikri bu imiş ki, Əli Bayramlıya qədər ermənilərin olacaq. Sonra həmin erməni bu sözünə görə başın 17 dəfə daşa döydü, üzr istədi. Amma mən bu ermənilərə inanmıram. Çünki heç kim inanmır. Ancaq oturub fikirləşirəm ki, indi birdən doğrudan müharibə başlasa, bu ermənilər də Əli Bayramını axtara-axtara üzü bəri gəlsələr, onda necə olacaq? Biz gərək indidək Ağdam rayonunun kəndlərindən birinə Əli Bayramlı adını verək ki, heç olmasa erməni dığaları orda ilişib qalsınlır.
Əvvəllər başa düşmürdüm ki, Əli Bayramlı şəhərinin adını niyə dəyişdilər. Ancaq indi başa düşürəm ki, erməniləri azdırmaq məqsədilə belə bir strateji və həmdə çox vacib bir addım atılıbdır. Dostumuz Azay Quliyev 2005-ci ildə Əli Bayramlı şəhərindən deputat seçilmişdi, amma indi Şirvanın deputatıdı. 2010-cu ildə də Şirvandan namizəd olacaq. Görürsünüzmü, necə maraqlı bir işdir? 5 ildə iki yerin deputatı olmaq hələ indiyə kimi heç kimə qismət olmayıbdır.
Yerdə qaldı üçüncü məsələ. Ona da tezbazar münasibət bildirim, sağollaşaq. Axır vaxtlar ölkədə kişilər arvadlarını öldürməyə başlayıblar. Mən deyirəm ki, deyəsən, bu kişilər qurd ürəyi yeyiblər. Arvadları öldürmək olmaz axı. Qabaqdan 8 Mart gəlir, belə şey eləməyin vaxtı deyil. Onsuz da Sumqayıtda hər gün 4-5 qadın dəm qazından zəhərlənir, yol qəzalarında da ən çox qadınlar ölür. Üstəlik, kişilər də başlayıblar arvadlarını baltalamağa. Hələ dünən biri Ucarda arvadının başını kəsəndən sonra ANS-ə zəng eləyib deyib ki, gözünüz aydın, muştuluğumu verin, arvadımı öldürmüşəm. İndi isə gedirəm polisə təslim olmağa. ANS-də də soruşublar ki, muştuluğa nə istəyirsən? O da cavab verib ki, heç nə, gəlib polis idarəsində məni çəkib verərsiniz efirə, qoy hamı görsün. Ölürəm efirə çıxmaqdan ötrü. Çoxdankı arzum idi: həm arvadı öldürmək, həm də efirdə görünmək.
Baxın da, belə psixopatlar da var. Nə isə, di salamat qalın, mən getdim nərd atmağa. 8 Martın dərdi götürüb məni.