SOSİAL
DYP: Bəzi yollarda hərəkət etmək təhlükəlidir
ANA SƏHİFƏ
Birinci Dünya Müharibəsinin sonuncu veteranı öldü
HADİSƏ
Qayın yeznəsini güllələdi
ANA SƏHİFƏ
Avtobusların iş vaxtı qısaldıldı
Fotosessiya



Koşə yazarları


A ZALIM !..
Şriftin ölçüsü: Decrease font Enlarge font

(Aydın Qacara yarıaçıq məktub)

Əvvəllər eşitmişdim, indi yəqin bilirəm: yaşlanmaqla ilgili sindromlardan qurtulmaq, yəni sağalmaq mümkün deyil. Onu da yüz faiz bilirəm ki, iştə bu sindromların patalogiyaya keçməməsindən ötrü qorunmaq olur, yəni ki, sağlam sığınacaqlar var bu gerçəklik adlandırdığımız «külbeyi-əhzən»də. Və bilirəm ki, sığınacağı axtarıb tapmaq məsələsi, ilk növbədə, bağlıdı axtaranın əsl niyyətinə. Bir də ki, içinin içindəki MƏNin kişiliyinə…      
Aydın Qacarın «525-ci qəzet»in 27 fevral, 2010-cu il, şənbə sayında dərc olunmuş «Hara gedir bu qatar: ömrün qatarı… (yuxularımın qatarı)» yazısı əlimə necə keçib, onu necə itirmişəm, sonra necə tapmışam - bu, özü bir süjetdir, bəlkə haçansa onu qələmə aldım. Gərəkdi ki, bu yazını başqa bir ortamda oxuyaydım, «253» saylı avtobusda deyil, hardasa şəhərin düz ortasında əğyarların gözündən iraq bir oazisdə. Özü də təndir tüstülənəydi gərək, hava əla olaydı gərək və gərək yan-yörəmdə sevdiyim adamlar olaydı və mən ucadan oxuyaydım Aydın Qacarın kişiyə yaraşan səmimiyyətlə yoğrulmuş etiraflı essesini… Nə isə, belə olmadı, başqa cür oldu və deməli, belə də olmalıydı…
Keçirəm yarıaçıq məktuba.
Nə zalımsan, a Aydın bəy!
Təzəlikcə qurtulurdum «60 yaşın sindromu»ndan, sirrimin içində büküb gizlətdiyim sirrimi açdın el-aləmə, özümü də yuxularımın burulğanına, ruhumun alatoranlı dolanbaclarına saldın ki, indi «mən elə sərməstəm ki», yuxularımla gerçəklik adlandırdığımız röyanı seçə bilmirəm. Dərd ondadır ki, heç seçmək də istəmirəm, halbuki işim-gücüm başdan aşır, başımı qaşımağa vaxtım yoxdur. Mən biçarə isə yazını oxuyandan sonra yenə qayıtdım ömrümün «dayanacaqlarına», yenə qatarların təlqinedici «taqqa-tuquna» uydum, Qabıllılı oldum, Flora xanımın məni əskərliyə yola saldığı səsinin içində yenə də əridim, halbuki dediyim kimi, iş görməliyəm, yaşayıb-yaratmalıyam, dərs deməliyəm, tamaşa üzərində işləməliyəm, a zalım!
Təzəlikcə dünya ilə barışmışdım, təzəlikcə ruhumda nisbi də olsa, səliqə-səhman yaratmışdım, hardan çıxdı sənin bu yazın, a Aydın bəy?! Yenə də avtobusun pəncərəsindən baxıram və düşünürəm, baş sındırıram ki, bəs, bu dünyaya gəlmişəmmi, gəlmişəmmi, getmişəmmi? Dünya mənə tanış gəlir. Yadıma düşür ki, bu misralar Ramiz Rövşənindir, yəni sitatdır, gərəkdir ki, onları dırnağa alım, fəqət təkəbbürlülük güc gəlir, zalım Ramiz Rövşənin misralarını amansızcasına «özəlləşdirirəm», özümünkü edirəm. Dırnağa almıram, atam balası, öldür məni, sənin də yazını, ay Aydın bəy, özümünkü sayıb da, müəlliflik qürurunu yaşamaqdan vaz keçəmmirəm!...

***
Əzizim Aydın bəy!
Əminəm ki, bu yazımda işlətdiyim «zalım» sözcüyü xətrinə dəyməyəcək, çünki, fikrimcə, çox incə stilistik-semantik ifadə ilə həm səni, Aydın bəy, həm də özümü (!) yüksəltmişəm deyə düşünürəm. Hər ehtimala qarşı izahat da verim: yazını oxuduqca əməlli-başlı kövrəlirdim (sindromun təzahürüdür həm də…) və beynimdə sevgili Vaqif Bayatlının «Nə zalımsan, kamança!» misrası dolaşırdı. Bu nostaljini, bu niskili sublimasiya etməkdən ötrü «zalım»lığından danışdım, həm də yazına, üslubuna, düşüncə və duyğularına incəcik bir komplement səsləndirdim. Əminəm ki, bunu layiqincə dəyərləndirəcəksən və məktubun nədən «yarıaçıq» olmasını göydə tutacaqsan. Yəqin ki, sən də mənim kimi bu mövzuda yalnız tüstülənən təndirin yanında əyləşib də son dərəcə açıq danışa bilərsən.
***
Oxucudan ötrü aydın olsun deyə əlavə edim ki, sindromlar yalnız fərdin ruhunda deyil, sindromlara mədəniyyət də düçar ola bilir. Bu haqda gələn yazılarımızda….

459 dəfə oxunub
08/02/2012 13:30:00 Şaxtalı hava ciddi problemlər yaratdı
08/02/2012 13:29:00 Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə olunub
08/02/2012 13:27:00 Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
08/02/2012 13:22:00 Ötən il 97 jurnalist öldürülüb
08/02/2012 13:19:00 Erməni komandan oğru çıxdı
08/02/2012 13:18:00 NATO xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfər proqramı hazırlanır
08/02/2012 13:17:00 Avropa İttifaqı ilə Azərbaycan QHT-ləri arasında saziş imzalanıb
08/02/2012 13:12:00 Bakı aeroportunda bəzi reyslər təxirə salınıb
08/02/2012 13:07:00 Təcili yardıma müraciət edənlərin sayı artıb
08/02/2012 13:05:00 Təhsil Nazirliyi şagirdləri dərsə gəlməyə məcbur etməyəcək
08/02/2012 12:58:00 Bakı-Sumqayıt xətti üzrə sərnişindaşımada problem yaranıb
08/02/2012 12:57:00 Sərnişin qatarlarına qoşulan əlavə vaqonların sayı artırıla bilər
08/02/2012 12:49:00 Azərbaycandan Türkiyəyə qaz nəqli bərpa edildi
08/02/2012 12:43:00 Fransa dünyanı şoka sala bilər
08/02/2012 12:42:00 Viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələrin təxmini vaxtı açıqlandı
08/02/2012 12:40:00 Türkiyədə erməni gerbinə oxşayan abidə sökülüb
08/02/2012 12:39:00 Nazir: «Azərbaycan üçün ən böyük problem Qarabağ münaqişəsidir»
08/02/2012 12:34:00 Bakıda tarixin ən soyuq gecəsi - 11 dərəcə şaxta
08/02/2012 12:33:00 Ermənilər Tərtər istiqamətində atəşkəsi pozub
08/02/2012 12:28:00 Gövhər Baxşəliyeva: “İslam aləmində qadınların ali təhsil almalarına ciddi diqqət yetirilməlidir”
08/02/2012 12:25:00 Haker qrupu xəfiyyələr arasındakı söhbəti əldə edə bilib
08/02/2012 12:24:00 Yaponiyalı rekorda imza atıb
08/02/2012 12:23:00 Diplomatik toxunulmazlığı olan şəxs həbs edilə bilməz
08/02/2012 12:21:00 «Turizm haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb
08/02/2012 12:20:00 Azərbaycan investisiya ixracatçısına çevrilir
08/02/2012 12:16:00 Əlillər üçün min mənzil tikiləcək
07/02/2012 16:13:00 Vergilər mobil telefonla ödəniləcək
07/02/2012 16:10:00 Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
07/02/2012 16:06:00 Tamaşaçılar Teatrının tamaşası festivalda nümayiş olundu
07/02/2012 16:02:00 Musiqili Komediya Teatrı tamaşalarını nümayiş etdirir
07/02/2012 16:01:00 EMİN “Megapolis FM” radiosunun qonağı olub
07/02/2012 15:53:00 QHT Şurasının fəaliyyəti təqdir olunur
07/02/2012 15:51:00 Vergi ödəyicilərinin e-qeydiyyatının müsbət tərəfləri açıqlandı
07/02/2012 15:36:00 Azərbaycanın Suriyadakı səfirliyinin mühafizəsi gücləndirilib
07/02/2012 15:35:00 Azərbaycan BMT-nin daha bir komitəsinə üzv olub
07/02/2012 15:25:00 Fransalı deputatlar azərbaycanlı köçkünlərlə görüşüblər
07/02/2012 15:24:00 Fransada «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib
07/02/2012 15:22:00 Azərbaycanlı deputatın təşəbbüsü ilə beynəlxalq konfransının sənədlərinə Xocalı faciəsi haqqında qətnamə salınıb
07/02/2012 15:17:00 Əli Həsənov fransız deputatlarla görüşdə Sarkozini erməni adlandırdı
07/02/2012 15:15:00 Səbail rayon İcra Hakimiyyəti “Avroviziya”ya hazırlıq açıqlaması verdi
07/02/2012 15:14:00 Nazirlik RATİ-də yoxlamaya başlayır
07/02/2012 14:56:00 Azərbaycan teatrının canlı korifeyi 88 yaşını qeyd etdi
07/02/2012 14:55:00 "İlin adamı" mükafatı sahiblərinə təqdim edildi
07/02/2012 14:53:00 Aİ Azərbaycanda 16 yeni QHT layihəsini dəstəkləyəcək
07/02/2012 14:51:00 Klinton Gürcüstana səfər edəcək
07/02/2012 14:27:00 Azərbaycanda müəllimlərin işə qəbulunda yenilik olacaq
07/02/2012 14:25:00 Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib
07/02/2012 14:24:00 Həmyerlilərimizin kəşfi türk şirkətini dünya bazarına çıxardı
07/02/2012 14:23:00 Yanvarda 861 əcnəbi Azərbaycandan çıxarılıb
07/02/2012 14:20:00 Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar xərcləyib



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb