ANA SƏHİFƏ
Türkiyənin baş qərargah rəisi Azərbaycana gəlir
ANA SƏHİFƏ
«Tədricən problem həll olunur»
SOSİAL
Xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir
QARABAĞ
Ermənilərin həyəcanı səngimir
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Bizə yaxın, bizdən uzaq Xocalı
Bizə yaxın, bizdən uzaq Xocalı
Şriftin ölçüsü: Decrease font Enlarge font

Tariximizin ən ağrılı səhifələrindən olan Xocalı soyqırımından keçən hər il milli duyğusu olan bütün insanlarımızın içində bu ağrının şiddətini bir qədər də artırır və onun qan yaddaşımızdan heç bir zaman silinməyəcəyi inamını yaradır. Çünki bu tarixi düşmənlərimiz olan ermənilərin öz ağalarının köməyi ilə xalqımıza qarşı növbəti dəfə törətdiyi, o zamana qədər insanlığın belə görmədiyi bir vandalizmi aktı idi.
Bu bir faktdır ki, Xocalı faciəsindən çox yazılıb. Bəlkə də son illər milli faciələrimizdən ən çox haqqında yazılan da elə Xocalı soyqırımıdır. Ancaq biz yenə də bu yazılarımızda ənənəvi olaraq əsas vurğunu ah-naləyə, göz yaşlarına yönəldir, dünyanın bizim faciələrimizə biganəliyindən, böyük güclərin ikili standartlarından və s. söz açırıq. İndi gəlin bir anlıq özümüzə sual verək: Xocalı faciəsi haqqında bütün həqiqətləri bizlər özümüz bilirikmi? Yaxud da artıq üstündən 18 il ötmüş Xocalı hadisələrində qətlə yetirilən soydaşlarımızın statistikası düzgün aparılıbmı?
Tarixi həqiqətdir ki, hələ SSRİ dönəmində Moskvanın xeyir-duası ilə yaradılan və gələcək separatizmə hesablanmış adına Dağlıq Qarabağ Muxtar Vilayəti  deyilən başıbəlalı ərazidə soydaşlarımızın Şuşadan sonra  ən çox kompakt şəkildə yaşadığı yaşayış məntəqələrindən biri elə Xocalı idi. Xocalı həm də zaman-zaman əcdadlarımızın yaşadığı, Azərbaycan tarixinin ən qədim və unikal əhəmiyyət daşıyan, ancaq lazımi elmi dəyərini almamış canlı tarixi abidələrindən biri idi. Unutmayaq ki, ermənilər ötən müharibələrdə bəlkə də Şuşadan da qabaq məhz Xocalını Yer üzündən silməklə buradıakı qədim tariximizi birdəfəlik torpağa kömməyə çalışmışdılar. Ancaq hər dəfə Tanrı Xocalını birdəfəlik yox olmaqdan hifz eləmişdi.
Qarabağda növbəti erməni separatizmi baş qaldırandan sonra o zamankı respublika rəhbərliyinin əvvəlcə separaizmin kökünü kəsmək əvəzinə, qaynar qazanın ortasında olan Xocalıda yeni iş yerləri yaratması və geniş tikinti işlərinə rəvac verməsi ermənilərin yuxusunu ərşə çəkdi. Çünki Xocalının əhalisi sürətlə artırdı və bu da ermənilərin bədnam planlarına böyük zərbə vururdu.
Bu məqamları qabartmağımız heç də təsadüfi deyil. Çünki hər il Xocalı soyqırımının ildönümləri qeyd olunarkən əksər mətbuat orqanlarında, radio-televiziya çıxışlarında o dəhşətli hadisələr zamanı Xocalıda qətlə yetirilən soydaşlarımızın sayının 613 nəfər olduğu vurğulanır. Heç fərqinə də varmırıq ki, bu 613 rəqəmi hardan götürülüb? Əslində isə bu statisikanın özü Xocalıya göz dağıdır.
Görün o hadisələrin şahidi və iştirakçısı olan bədnam erməni David Xeyriyan «Xaç naminə» kitabında nə yazır:
…Ermənilər bir kilometrlik bataqlığı keçmək üçün 1200 azərbaycanlı meyitindən istifadə etdilər.
…1992-ci il martın 2-də «Qaflan» qrupu 2000-ə yaxın azərbaycanlı meyitini topladı və onları Xocalının bir kilometrliyində tonqala töküb yandırdı.
Eyni faktları bədnam Zorri Balayan və başqaları da dəfələrlə öz yazılarında qələmə alıblar. Bəs, biz nədən bu 613 rəqəmindən yapışıb sonrakı qaranlıq məqamları aydınlaşdırmağa çalışmamışıq.
Əsil həqiqət ondadır ki, o zamankı respublika rəhbərliyi xalqın qəzəbindən qorxduğundan bir neçə gün hətta bu faciəni gizlətməyə cəhd göstərdi. Ancaq sonradan Xocalıda daşın daş üstündə qalmadığını, mərhum Çingiz Mustafayevin tükürpədici çəkilişlərinin də ortaya çıxdığını görəndən sonra tələm-tələsik Xocalıda qətlə yetirilənlərin sayının 613 nəfər olduğu bildirildi. Heç kim də maraqlanmadı ki, əgər o günlərdə bizim tərəfdən bir kimsənin Xocalıya getməsi mümkün deyildisə qətlə yetirilənlərin siyahısını kim «dəqiqləşdirdi».
Ola bilsin ki, bu rəqəm Xocalıda rəsmi qeydiyyatda olub qətlə yetirilən soydaşlarımızın sayına hardasa yaxın olsun. Axı niyə unuduruq ki, o zaman Xocalıda nə qədər könüllü milis işçisi, müxtəlif dövlət təşkilatlarından oraya ezam olunmuş insanlar çalışırdı. Bir də kim dəqiqləşdirib ki, adları itkin siyahısında olan yüzlərlə soydaşlarımız elə həmin günlərdə qətlə yetirilməyib?
Cavabsız suallar çoxdur. Gəlin bu suallara cavab axtaraq. Xocalının üzərindən hələ də asılıb qalan qara pərdəni götürməyə çalışaq.

230 dəfə oxunub
04/02/2012 10:59:00 Gecə 5-8 dərəcə şaxta olacaq
04/02/2012 10:55:00 Ötən gün Bakıda 3 nəfəri don vurub
04/02/2012 10:53:00 Türk qırıcıları PKK hədəflərini bombardıman etdi
04/02/2012 10:33:00 “Azərbaycan bundan sonra da tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcək”
04/02/2012 10:25:00 Ermənistan atəşkəsi pozub
03/02/2012 18:21:00 “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03/02/2012 17:38:00 Ötən gün təcili yardıma 1239 müraciət daxil olub
03/02/2012 17:32:00 Azərbaycan Maltanın "Eurovision" seçimlərində təmsil olunur
03/02/2012 16:30:00 Sabahın hava proqnozu açıqlandı
03/02/2012 16:29:00 Mourinyo: "Biz Nurini 5 aylığa deyil, 5 illiyə almışıq"
03/02/2012 16:22:00 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03/02/2012 16:20:00 "Xəzər Lənkəran" Rusiya klubuna məğlub oldu
03/02/2012 16:15:00 Ərdoğan Məhəmməd Peyğəmbərin tellərini Çeçenistana verdi
03/02/2012 16:11:00 "Heç düşünmədən Burakı alın»
03/02/2012 16:04:00 Teves: «İnsanlar necə istəyirlərsə, o cür də fikirləşsinlər»
03/02/2012 16:01:00 “Neftçi” “Terek”i məğlub etdi
03/02/2012 15:58:00 Misirdə gərginlik davam edir
03/02/2012 15:53:00 Rusiyada qeydiyyat yeri üzrə yaşamayanlar köçürülə bilər
03/02/2012 15:31:00 «İsrail ilə İran yazda müharibə edə bilər»
03/02/2012 15:29:00 Türkiyə ABŞ-ın PKK-çılarla bağlı qərarından məmnundur
03/02/2012 15:26:00 Sarkozi partiyasının deputatlarına və nazirlərə təzyiq edir
03/02/2012 15:22:00 Rusiya Azərbaycan əleyhinə hərəkətə keçib
03/02/2012 15:03:00 İlham Əliyev Avropadan səslənəcək
03/02/2012 14:51:00 Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verdi
03/02/2012 14:49:00 Anomal soyuqlar Avropada 163 nəfərin həyatına son qoyub
03/02/2012 14:45:00 Qəhrəmanlar unudulmur - Milli Qəhrəmanlar Şahin Tağıyev və Bəylər Ağayev
03/02/2012 14:40:00 Rusiya Avropa Birliyinə barmaq silkələdi
03/02/2012 14:28:00 “Eurovision-2012”-də milli seçim turunun yarımfinalı başa çatır
03/02/2012 14:12:00 2011-ci ildə YAP-a 4 milyon 711 min 974 manat daxil olub
03/02/2012 14:10:00 AŞPA həmməruzəçiləri: “Ümidimiz var ki, Azərbaycanda o məhbuslar tezliklə azad olunacaq”
03/02/2012 13:36:00 Bu il qızıla əlavə təlabat yaranacaq
03/02/2012 13:35:00 Bu il qəbul imtahanlarında 100 min abituriyent iştirak edəcək
03/02/2012 13:31:00 Dəmiryolu nəqliyyatı ilə yük daşımalarının həcmi azalıb
03/02/2012 13:29:00 Qanunsuz evi sökülənlərə kompensasiya verilməyəcək
03/02/2012 12:23:00 Merkel Çini İrana təzyiq göstərməyə çağırıb
03/02/2012 12:20:00 Avropa donur
03/02/2012 12:17:00 İçində 350 nəfər olan gəmi batıb
03/02/2012 12:15:00 “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı həbs olundu
03/02/2012 12:10:00 “Bakı”nı seçməklə düzgün addım atmışam”
03/02/2012 12:09:00 Abel Məhərrəmov Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti ilə görüşüb
03/02/2012 11:53:00 Toni Adams yenidən “Qəbələ”də
03/02/2012 11:50:00 Elmira Axundova Rusiyanın “Tribuna” qəzetində Sarkozinin son şansı haqqında yazıb
03/02/2012 11:46:00 AŞPA-nın həmməruzəçiləri Milli Məclis sədri ilə görüşdü
03/02/2012 11:44:00 Millimizin baş məşqçisi oyunçu azlığından gileyləndi
03/02/2012 11:42:00 “Qarabağ” dünya reytinqində gerilədi
03/02/2012 11:38:00 Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir
03/02/2012 11:38:00 Atəşkəs bir neçə istiqamətdə pozulub
03/02/2012 11:36:00 Yenə şaxta olacaq
03/02/2012 11:31:00 Türkiyədən Fransaya ilk sanksiya
03/02/2012 11:27:00 Hava limanı fəaliyyətini qismən bərpa edib



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb