Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xocavənd rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Fond tərəfindən Xocavənd rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq təsərrüfatının, çörək istehsalı müəssisəsinin, tikiş sexinin və plitə daşları (tamet) istehsalı sexinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
Sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.
Əfsun