Saxta məktəbli formaları isə Çin istehsalıdır
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu il ümumtəhsil məktəblərinin I-IV siniflərinə vahid məktəbli forması tətbiq olunub. Lakin məktəbli forması almaq üçün valideynlər Bakı Tikiş Evinin satış mağazasında uzun növbələr yaradıblar. Valideynlər şikayətlərin çoxu burada lazımi ölçüləRdə paltarların olmaması və qiymət bahalığı ilə bağlı olub. Məsələyə münasibət bildirən Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov bu sıxlıqla bağlı artıq şəhərin ayrı-ayrı nöqtələrində yeni dükanların açılacağını söylədi: “Binəqədi rayonunda “Vorovski” dairəsində 17 mərtəbənin altında yeni dükan açılıb. Bakı ətrafından olan kənd məktəblərinin ibtidai siniflərini təmin etmək üçün 1-2 günə Zabrat qəsəbəsində və Əhmədlidə yeni dükanlar açılacağı da nəzərdə tutulub. Sıxlığın yaranmasına ilk növbədə valideynlər səbəb olur. Formaların aprel ayından satışda olmağına baxmayaraq, onlar indi əl-ayağa düşüblər. Bu isə qalmaqallara səbəb olur. Bir sözlə günah bizdə deyil».
F.Rəhimov tikiş fabrikində tikilən məktəbli formaların saxtasının satışa çıxarıldığını da vurğuladı: “Ayrı-ayrı ticarət mərkəzlərində Bakı Tikiş Evinin modellərinin oxşarı tikilərək satışa çıxarılıb. Əsasən də oğlan modeli oğurlanaraq Çin istehsalı olan parçalardan tikilib. Materialın keyfiyyətsizliyi az bir vaxtda özünü göstərir. Həm də bu paltarlar insan orqanizmi üçün olduqca təhlükəlidir. Lakin Bakı Tikiş Evinin istehsalı olan məktəbli formaları təmiz Türkiyə parçasından tikilib və pambıqdan hazırlanıb. İndiyə qədər ümumi sifarişin 50-60 faizi artıq tikilib. Oktyabrın axırına qədər məktəblərin forma ilə tam təminatı başa çatacaq. Amma təhsil idarəsi, məktəb direktorları müraciət edəcəyi təqdirdə, formalar məktəblərə də çatdırıla bilər».
Qeyd edək ki, 26 ölçüdən 36 ölçüyədək olan paltarların qiyməti 40 manat, 38-42 ölçüdə olan paltarlarınq qşiyməti isə 45 manatdır. Bu il paytaxtın ümümtəhsil məktəblərinin ibtidai siniflərinə 120 minə yaxın şagirdin gedəcəyi gözlənilir. Onların hamısının vahid məktəbli formasında olması vacib şərtdir. Vahid məktəbli formasının tətbiqi yalnız Təhsil Nazirliyinin tabeçiliyində olan məktəbələrə şamil olunur, yəni gimnaziya və liseylər istisna təşkil edir.
Fəridə