Məqsəd uşaq geyimləri və məktəbli ləvazimatlarının süni qiymət artımlarının qarşısını almaqdır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda uşaq geyimləri və məktəbli ləvazimatlarının satışını həyata keçirən obyektlərdə monitorinqlərə başlayıb. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, məqsəd yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının süni qiymət artımlarının qarşısının alınmasıdır. Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində müşahidə etdikləri qiymət artımları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. Əlaqə telefonu: 498-15-01, 498-15-04.
Fəridə