DÜNYA
İran səfiri: “Erməni xalqı ilə İran xalqı bir birinə oxşardır”
ANA SƏHİFƏ
Türkiyədə erməni yazıçı qoruqdakı dağı dağıdıb
MAQAZİN
Avropa Azərbaycandan fərqli şou gözləyir
DÜNYA
Obamanın nənəsi qəzaya düşüb
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | İQTİSADİYYAT | Erkən nikaha «yox» deyin!
Erkən nikaha «yox» deyin!
Şriftin ölçüsü: Decrease font Enlarge font

Azad İsazadə: “Ailə qurmağa hazır olmayan insanı nikaha məcbur etmək olmaz”

Yaşadığımız dövürdə həddi-buluğa çatmayan qızların vaxtından əvvəl ərə verilməsi bir növ dəb halını alıb. 14-16  yaşlı qızların özlərindən 25-30, hətta 35-40 yaş böyük kişilərə ərə getməsinin arxasında əsasən maddi problemlər dayanır. Bu tendensiya özünü daha çox bölgələrdə, xüsusən də sosial problemlərdən sıxılan ailələrdə baş verir. Məlumdur ki, hər bir valideyn qızının xoşbəxt olmasını istəyir. Elə qızlar özləri də. Övladlarını yaşca böyük kişiyə ərə verən belə valideynlərin əsas məqsədləri varlı ər axtarmaqdır. Təəssüf ki, bir çox hallarda varlı kürəkən heç də onların övladlarını xoşbəxt etmir. Maddi cəhətdən həddindən artıq varlı, imkanlı olmaq heç də xoşbəxt olmaq deyil. Bu aydın məsələ olsa da, bəzi valideynlər bunun fərqinə varmır. Elə bir çox qızlar da varlı kişi ilə qurduğları ailənin sonunu düşünmürlər. Bunun acı nəticələrini indi hiss etməsələr də, mütləq illər sonra hiss edəcəklər.
Qadınlar və kişilər arasında aparılan araşdırmaya və analizlərin nəticəsinə əsasən müəyyən olunub ki, 25 yaş nikaha girmək üçün ideal dövr sayılır. Məhz bu yaşda ailə quran cütlüklər arasında boşanma hallarına 20 yaşda evlənənlərlə müqayisədə daha az rast gəlinir. Onu da qeyd edək ki, boşanma riski 35-40 yaş arasında olan bəy və gəlinlər arasında da minimum həddədir. Ancaq tədqiqatçılar bu yaşı nikah üçün ideal hesab etmirlər. Çünki artıq bu yaşda qadın və kişi fiziologiyasında dəyişikliklər baş verir və cütlüklərin böyük əksəriyyətində təbii mayalanma ilə bağlı bir sıra müəyyən problemlər yaranır.
Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə erkən nikahların insan üçün psixoloji yöndən fəsadlar törətdiyini qeyd etdi: “İnsan fizioloji, bioloji cəhətdən daha tez inkişaf edir. Arxasınca isə insanın psixikası, psixologiyası formalaşır. İstər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə hələ vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq, böyük adam olaq. Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur etmək olmaz. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsələr adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var”.
A.İsazadə  erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu söylədi: “Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 15-16 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Bu cür ailələrdə hətta ər-arvad arasında da problem yaranır. Çünki bir müddətdən sonra belə qadın artıq ərinə maraqlı olmur. Nə məktəbi normal qurtarıb, nə institutda oxuyub, nə də özü ilə məşğul olub. Ərə gedən kimi uşaq doğub, uşağa baxıb. Sözsüz ki, bir neçə ildən sonra o, ərini bir qadın kimi də maraqlandırmaya bilər. Bunun özü də problemdir.”
Psixoloq gənc qızların özlərinin könüllü şəkildə yaşlı kişilərə ərə getməsinin bir neçə səbəbinin olduğunu söylədi: “Qızların varlı, imkanlı yaşlı kişilərlə ailə qurmağa razılıq verməsinin bir tərəfi onların yağ-bal içində ömür sürmək, istədikləri kimi həyat yaşamaq istəyilə bağlıdırsa, digər tərəfdən onlar bunu valideynlərinin xatirinə edirlər. Zəmanə dəyişib. Doğrudur, şan-şöhrət, firavan həyat arzusunda olan qızlar da pul-var sahibi olan yaşlı kişilərə "könül" verirdilər. İndi isə araşdırsaq, görərik ki, son vaxtlar ailə quran qızların böyük əksəriyyətinin ərləri özlərindən 10 yaşdan artıq böyük olanlardır. Təbii ki, özündən yaşlı kişi ilə ailə qurmaq heç də həmişə qızlara xoşbəxtlik gətirmir. Elə qız olur kişinin puluna, maşınına, villasına, evinə aldanıb bu addımı atır. Elə qız olur, valideynləri tərəfindən bu işə təhrik edirlər, istisna hallarda isə, belə ailələr qarşılıqlı sevgi nəticəsində qurulur. İndi pulsuz, statussuz qoca kişiyə kimdir qız verən, yaxud hansı qız belə bir kişilə ailə qurar? Çox vaxt rayon, kənd qızlarını valideynləri imkanlı kişilərə ərə verir.
Fəridə

150 dəfə oxunub
07/02/2012 16:13:00 Vergilər mobil telefonla ödəniləcək
07/02/2012 16:10:00 Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
07/02/2012 16:06:00 Tamaşaçılar Teatrının tamaşası festivalda nümayiş olundu
07/02/2012 16:02:00 Musiqili Komediya Teatrı tamaşalarını nümayiş etdirir
07/02/2012 16:01:00 EMİN “Megapolis FM” radiosunun qonağı olub
07/02/2012 15:53:00 QHT Şurasının fəaliyyəti təqdir olunur
07/02/2012 15:51:00 Vergi ödəyicilərinin e-qeydiyyatının müsbət tərəfləri açıqlandı
07/02/2012 15:36:00 Azərbaycanın Suriyadakı səfirliyinin mühafizəsi gücləndirilib
07/02/2012 15:35:00 Azərbaycan BMT-nin daha bir komitəsinə üzv olub
07/02/2012 15:25:00 Fransalı deputatlar azərbaycanlı köçkünlərlə görüşüblər
07/02/2012 15:24:00 Fransada «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib
07/02/2012 15:22:00 Azərbaycanlı deputatın təşəbbüsü ilə beynəlxalq konfransının sənədlərinə Xocalı faciəsi haqqında qətnamə salınıb
07/02/2012 15:17:00 Əli Həsənov fransız deputatlarla görüşdə Sarkozini erməni adlandırdı
07/02/2012 15:15:00 Səbail rayon İcra Hakimiyyəti “Avroviziya”ya hazırlıq açıqlaması verdi
07/02/2012 15:14:00 Nazirlik RATİ-də yoxlamaya başlayır
07/02/2012 14:56:00 Azərbaycan teatrının canlı korifeyi 88 yaşını qeyd etdi
07/02/2012 14:55:00 "İlin adamı" mükafatı sahiblərinə təqdim edildi
07/02/2012 14:53:00 Aİ Azərbaycanda 16 yeni QHT layihəsini dəstəkləyəcək
07/02/2012 14:51:00 Klinton Gürcüstana səfər edəcək
07/02/2012 14:27:00 Azərbaycanda müəllimlərin işə qəbulunda yenilik olacaq
07/02/2012 14:25:00 Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib
07/02/2012 14:24:00 Həmyerlilərimizin kəşfi türk şirkətini dünya bazarına çıxardı
07/02/2012 14:23:00 Yanvarda 861 əcnəbi Azərbaycandan çıxarılıb
07/02/2012 14:20:00 Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar xərcləyib
07/02/2012 14:17:00 Bu gün Şövkət Ələkbərovanın anım günüdür
07/02/2012 14:13:00 Azərbaycan əhalisinə çovğun xəbərdarlığı
07/02/2012 14:11:00 Azərbaycanda əlil şagirdlərin dərslərdə birbaşa iştirak etmək imkanı olacaq
07/02/2012 14:08:00 Şölə Səfərəliyevanın duyğuları “Sən, rəssam”da öz əksini tapdı
07/02/2012 13:57:00 Respublikamızda balıq ovu azalıb
07/02/2012 13:55:00 Qadın deputatlarımız Tiflisə getdilər
07/02/2012 13:49:00 Rusiyalı nazir müavini ABŞ səfiri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
07/02/2012 13:45:00 Bakıda su xətlərinin donmasına rəsmi münasibət bildirildi
07/02/2012 13:30:00 Günay Musayeva xəstəxanaya düşdü
07/02/2012 13:25:00 Bahar Muradova: “Prezident İlham Əliyev növbəti dəfə antiazərbaycançı qüvvələri susdurdu”
07/02/2012 13:21:00 Pakistandan İsrailə şok xəbərdarlıq
07/02/2012 13:20:00 Egemen Bağış: "Türkiyənin hər hansı nazirini həbs edə biləcək güc tanımıram"
07/02/2012 13:17:00 2011-ci ilin ən yaxşı idmançıları müəyyənləşdi
07/02/2012 13:13:00 Kür çayı donub
07/02/2012 12:55:00 Yol polisindən sürücülərə və piyadalara ciddi xəbərdarlıq
07/02/2012 12:46:00 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
07/02/2012 12:46:00 Mövqelərimiz atəşə tutulub
07/02/2012 12:39:00 Təmas xəttində növbəti monitorinq keçiriləcək
07/02/2012 11:59:00 FHN «bp» şirkəti ilə əməkdaşlıq edəcək
07/02/2012 11:08:00 Bu gün Milli qəhrəmanlar Mübariz İbrahimov, Nazim Quliyev və Firuddin Şamoyevin doğum günüdür
06/02/2012 20:03:00 “Ekologiya ili”ndə böyük uğurlar əldə olunub
06/02/2012 20:02:00 Fikrət Əmirovun 90 illik yubileyi qeyd olunacaq
06/02/2012 18:26:00 Ermənipərəst qanuna qarşı çıxan senatorlar Bakıda
06/02/2012 18:17:00 Siyavuş Novruzov: “Ziyalılar Forumunun üzvləri fərari ziyalılardır”
06/02/2012 17:59:00 İndoneziya Azərbaycana yeni səfir təyin edib
06/02/2012 17:52:00 Qənirə Paşayeva: “Talassemiyalı xəstələrin sayı sürətlə artır”



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb