Sədr Fərhad Abdullayev bu rəqəmin 2000-dən yuxarı olduğunu bildirib
Azərbaycan Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı artıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, hər il orta hesabla məhkəməyə 2000 müraciət daxil olsa da, bu il bu rəqəm nisbətən artıb. O, əksər müraciətlərin mülki işlərlə bağlı olduğunu söyləyib. “Bu il məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əvvəlki illərə nisbətdə çox artıb. Hazırda Konstitusiya Məhkəməsinin icraatında rayon məhkəmələrinin müraciəti ilə 8 iş icraata qəbul olunub və onlara sentyabr, oktyabr aylarında baxılacaq”, - deyə o bildirib.
Elməddin