ANA SƏHİFƏ
Türkiyənin baş qərargah rəisi Azərbaycana gəlir
ANA SƏHİFƏ
«Tədricən problem həll olunur»
SOSİAL
Xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir
QARABAĞ
Ermənilərin həyəcanı səngimir
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | İDMAN | "Çempionata fərqli hazırlaşmaq lazımdır"
"Çempionata fərqli hazırlaşmaq lazımdır"
Şriftin ölçüsü: Decrease font Enlarge font
image

Qurban Qurbanov Zauru Rəşadın əvəzləyicisi kimi görür

"Qarabağ" klubunun aparıcı üzvlərinin əksəriyyəti  müxtəlif yığmaların düşərgəsində olsa da, Ağdam təmsilçisi növbəti tura ciddi hazırlıq görür. Baş məşqçi Qurban Qurbanov qısa fasilədən istifadə edərək, "Bakı" ilə yoldaşlıq görüşündə gənc oyunçuları sınaqdan çıxarıb. Bu yoxlama-sınaq matçına əvəzedici heyətlə çıxan ağdamlılar "Bakı"nın əsas komandası  qarşısında boyun əyməyib. Əksinə yerli gənclərdən təşkil olunmuş "Qarabağ"ın ikinci heyəti paytaxt təmsilçisi ilə başabaş mübarizə apardı. Nəticədə 1:0 hesabda geridə olan bakılılar sonda Safronin qolu sayəsində məğlubiyyətdən qaça bilib. Bu qarşılaşmadan sonra "Qarabağ"ın baş məşqçisi mətbuat nümayəndəlrinin suallarını cavablandırıb.

- Hazırlıq barədə nə deyə bilərsiniz?

- Futbolçularımızın əksəriyyəti müxtəlif yığma komandalara yollanıb. Düşərgədə 11-12 futbolçu qalıb. Məşq prosesinə təsir etməmək üçün əvəzedici heyətdən bir neçə oyunçunu əsas komandaya cəlb etmişik. Onlar "Qarabağ"ın gələcəyidir. "Bakı" ilə oyunda da gənc oyunçular üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışdılar. Mənə elə gəlir ki, onlar ilk sınaqdan yaxşı keçdilər. Belə stabil oynasalar qısa zaman ərzində onlar əsas komandada öz yerlərini tutacaqlar.

- Futbolçular Avropa Liqasının psixoloji gərginliyini və yorğunluğunu üzərindən ata biliblər?

- Hələki futbolçuların yorğunluğu bilinmir. Ancaq çempionat oyunlarına fərqli hazırlaşmaq lazımdır. Biz hazırlıq zamanı çempionat oyunlarını düşünməmişdik. Həmin vaxt diqqətimizi Avropa oyunlarına yönəltmişdik. Ona görə də başlanğıc bir qədər ağır oldu. MOİK-lə oyunda çətin qələbə qazandıq. Premyer Liqanın oyunları ildən-ilə gərgin keçir. Klub rəhbərliyi qarşımıza hansı məqsədi qoysa, ona nail olmağa çalışacağıq.

- Rəşad Sadıqov "Qarabağ"ın əsas heyət oyunçusu olmaqla yanaşı, həm də komandanın lideri idi. Yəqin ki, onun yeri görünəcək?

- Rəşadın getməsi müəyyən qədər bizə çətinlik yaradacaq. O, "Qarabağ"ın lideri idi. Eyni zamanda artıq heyət formalaşmaq üzrəydi. Hər oyunda 1-2 futbolçunu dəyişirdik. Müdafiəçinin komandadan getməsi arxa xəttdə çətinlik yarada bilər. O, oynamadığı vaxtlarda Zaur Həşimova şans vermişik. Zaur da hardasa etimadı doğruldub. Çalışacağıq ki, Rəşad Sadıqovun yoxluğu görünməsin.

- "Transfer pəncərəsi"nin sonuncu günündə Devran Ayhanı heyətinizə qatdınız. Türkiyəli futbolçunun keçidinin gec baş tutması nə ilə bağlı idi?

- Transferə çıxarıldığı gündən futbolçu ilə maraqlanırdıq. Rəşadın gedişi bu keçidi daha da sürətləndirdi. Ola bilsin ki, Rəşadın mövqeyinə Samir Abbasovu çəkdik. Belədə mərkəzdə boşluq yaranmasın deyə, Ayhanı komandamıza dəvət etdik. Həm də o, Premyer Liqada çıxış edib, çempionatımız və klublarımız haqqında məlumatlıdır. Onun mümkün transferi klubun büdcəsinə uyğun olduğuna görə Rəşadın gedişindən dərhal sonra bu transferi rəsmiləşdirdik.

- Deyəsən, Sadıqovun gedişi sizin üçün gözlənilməz oldu...

- Avrokuboklarda ona bir neçə klubdan təklif gəlmişdi. Rəşad sona qədər bizə kömək etdi. "Borussiya" səddini keçsəydik, Rəşad komandanı tərk etməyəcəkdi. "Əskişəhərspor"dan təklif alanda onlardan vaxt istədi. Türkiyə təmsilçisi sona qədər gözlədi və nəhayət, keçid baş tutdu.

- Avrokuboklardan fərqli olaraq "Qarabağ"ın Premyer Liqada yaxşı oyun göstərə bilməməsinə səbəb nədir?

- Bu halla ötən il üzləşdik. Yəni avrokuboklardan sonra çempionat oyunlarına kökləndik. Sonda mövsümü üçüncü pillədə başa vurduq. Çox çətinliklərlə üzləşdik. Mövsümün gedişində zədəli futbolçularımız oldu, Vaqif komandadan ayrıldı. Bəzən  Rəşad Sadıqov müdafiədə deyil, bir qədər irəlidə oynayırdı. Əsas problemimiz heyətlə bağlı idi. Ehtiyyat qüvvə olmadan iki cəbhədə mübarizə aparmaq elə də asan deyil.

- Ötən il mübarizəni pley-off mərhələsində dayandırmağınızda ehtiyat oyunçuların az olmasının da təsiri oldu. "Transfer pəncərəsi" vaxtı yenə ən az transfer edən klub "Qarabağ" oldu. Ehtiyac yoxdur, yoxsa klubun büdcəsi çox transfer etməyə imkan vermir?

- Çalışırıq ki, heyətimizi qoruyub saxlayaq. Digər tərəfdən, az transfer etməyimizdə büdcəmizin də rolu var.

- Ötən il ev oyunlarını Quzanlıda keçirirdiniz. Həmin vaxt ev oyunları zamanı komandanı daha çox azarkeş dəstəkləyirdi. Ancaq bu dəfə rəqiblərinizi paytaxtda qəbul edəcəksiniz. Boş tribunalar qarşısında oynamaq çətin olmayacaq?

- Quzanlıda bizi 2500-ə yaxın azarkeş dəstəkləyirdi. Stadion həmişə dolu olurdu. Onların dəstəyi böyük idi. İndi boş tribunalar qarşısında oynayacağıq. Ancaq öyrəşmişik. Orada meydança ilə bağlı problem yarandığından, Bakıya dönməli olduq. Azarkeş amilinin az da olsa, təsiri olacaq.

- 21 yaşadək futbolçulardan ibarət yığmamızın albaniyalı həmyaşıdlarını məğlub etdiyi oyunu izlədiniz. Komanda necə təsir bağışlayırdı?

- Uşaqlar həvəsli idilər. Hiss olunurdu ki, xeyli vaxtdır qələbə qazanmırdılar. Hər şey qaydasında oldu. Qələbəni sona qədər qoruya bildilər.

- Yeri gəlmişkən, Elvin Məmmədovun son vaxtlar "Qarabağ"ın əsas heyətində oynamaması nə ilə bağlıdır?

- Bu adi haldır. Bununla bağlı aramızda mübahisə olmayıb, ola da bilməz. Çalışırıq hər bir futbolçuya şans verək və onun potensialından maksimum yararlanaq. Elvin komandaya yeni gələndə əsas heyətdə yer alırdı. İndi isə bir qədər geriləyib. Yzərində çalışır. Fərdi şəkildə məşqlər edir. Elvin "11-lik"də yer almırsa, bu, o demək deyil ki, layiq deyil. Olur ki, hər hansı futbolçu onun mövqeyində daha keyfiyyətli oynayır. Elvin bir qədər də artırmalıdır.

49 dəfə oxunub
04/02/2012 10:59:00 Gecə 5-8 dərəcə şaxta olacaq
04/02/2012 10:55:00 Ötən gün Bakıda 3 nəfəri don vurub
04/02/2012 10:53:00 Türk qırıcıları PKK hədəflərini bombardıman etdi
04/02/2012 10:33:00 “Azərbaycan bundan sonra da tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcək”
04/02/2012 10:25:00 Ermənistan atəşkəsi pozub
03/02/2012 18:21:00 “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03/02/2012 17:38:00 Ötən gün təcili yardıma 1239 müraciət daxil olub
03/02/2012 17:32:00 Azərbaycan Maltanın "Eurovision" seçimlərində təmsil olunur
03/02/2012 16:30:00 Sabahın hava proqnozu açıqlandı
03/02/2012 16:29:00 Mourinyo: "Biz Nurini 5 aylığa deyil, 5 illiyə almışıq"
03/02/2012 16:22:00 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03/02/2012 16:20:00 "Xəzər Lənkəran" Rusiya klubuna məğlub oldu
03/02/2012 16:15:00 Ərdoğan Məhəmməd Peyğəmbərin tellərini Çeçenistana verdi
03/02/2012 16:11:00 "Heç düşünmədən Burakı alın»
03/02/2012 16:04:00 Teves: «İnsanlar necə istəyirlərsə, o cür də fikirləşsinlər»
03/02/2012 16:01:00 “Neftçi” “Terek”i məğlub etdi
03/02/2012 15:58:00 Misirdə gərginlik davam edir
03/02/2012 15:53:00 Rusiyada qeydiyyat yeri üzrə yaşamayanlar köçürülə bilər
03/02/2012 15:31:00 «İsrail ilə İran yazda müharibə edə bilər»
03/02/2012 15:29:00 Türkiyə ABŞ-ın PKK-çılarla bağlı qərarından məmnundur
03/02/2012 15:26:00 Sarkozi partiyasının deputatlarına və nazirlərə təzyiq edir
03/02/2012 15:22:00 Rusiya Azərbaycan əleyhinə hərəkətə keçib
03/02/2012 15:03:00 İlham Əliyev Avropadan səslənəcək
03/02/2012 14:51:00 Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verdi
03/02/2012 14:49:00 Anomal soyuqlar Avropada 163 nəfərin həyatına son qoyub
03/02/2012 14:45:00 Qəhrəmanlar unudulmur - Milli Qəhrəmanlar Şahin Tağıyev və Bəylər Ağayev
03/02/2012 14:40:00 Rusiya Avropa Birliyinə barmaq silkələdi
03/02/2012 14:28:00 “Eurovision-2012”-də milli seçim turunun yarımfinalı başa çatır
03/02/2012 14:12:00 2011-ci ildə YAP-a 4 milyon 711 min 974 manat daxil olub
03/02/2012 14:10:00 AŞPA həmməruzəçiləri: “Ümidimiz var ki, Azərbaycanda o məhbuslar tezliklə azad olunacaq”
03/02/2012 13:36:00 Bu il qızıla əlavə təlabat yaranacaq
03/02/2012 13:35:00 Bu il qəbul imtahanlarında 100 min abituriyent iştirak edəcək
03/02/2012 13:31:00 Dəmiryolu nəqliyyatı ilə yük daşımalarının həcmi azalıb
03/02/2012 13:29:00 Qanunsuz evi sökülənlərə kompensasiya verilməyəcək
03/02/2012 12:23:00 Merkel Çini İrana təzyiq göstərməyə çağırıb
03/02/2012 12:20:00 Avropa donur
03/02/2012 12:17:00 İçində 350 nəfər olan gəmi batıb
03/02/2012 12:15:00 “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı həbs olundu
03/02/2012 12:10:00 “Bakı”nı seçməklə düzgün addım atmışam”
03/02/2012 12:09:00 Abel Məhərrəmov Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti ilə görüşüb
03/02/2012 11:53:00 Toni Adams yenidən “Qəbələ”də
03/02/2012 11:50:00 Elmira Axundova Rusiyanın “Tribuna” qəzetində Sarkozinin son şansı haqqında yazıb
03/02/2012 11:46:00 AŞPA-nın həmməruzəçiləri Milli Məclis sədri ilə görüşdü
03/02/2012 11:44:00 Millimizin baş məşqçisi oyunçu azlığından gileyləndi
03/02/2012 11:42:00 “Qarabağ” dünya reytinqində gerilədi
03/02/2012 11:38:00 Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir
03/02/2012 11:38:00 Atəşkəs bir neçə istiqamətdə pozulub
03/02/2012 11:36:00 Yenə şaxta olacaq
03/02/2012 11:31:00 Türkiyədən Fransaya ilk sanksiya
03/02/2012 11:27:00 Hava limanı fəaliyyətini qismən bərpa edib



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb