AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün Köln şəhərində Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Məlumatı AFFA yayıb. R.Abdullayev Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah – sentyabrın 7-də, Kölndəki «Reynenerqiştadium»da Almaniya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, komandamıza xoş arzularını çatdırıb, futbolçularımızın güclü rəqibə qarşı böyük əzmkarlıqla mübarizə aparacağına inandığını bildirib.
Xatırladaq ki, Almaniya – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Emin