Səfər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yaxın 10 gün ərzində İrana səfər edəcək. Bu barədə “Fars News Agency”yə müsahibəsində Ermənistanın bu ölkədəki səfiri Qriqor Arakelyan məlumat verib. Erməni nazir İranda ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi üçün ölkə rəsmiləri ilə görüşəcək. Səfərin İranın dəvəti ilə həyata keçiriləcəyini deyən səfir qeyd edib ki, səfər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi və inkişafı müzakirə olunacaq. O həmçinin bildirib ki, yaxın vaxtlarda Ermənistandan İslam ölkəsinə bir sıra yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri də planlaşdırılıb.
Emin