“Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr” mövzusunda dəyirmi masa keçiriləcək
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov sentyabrın 12-dən 15-dək Bakıda səfərdə olacaq. SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində sentyabrın 13-ü saat 10.00-da Bulat Sultanov Fəxri Xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcək. Daha sonra sentyabrın 13-ü Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru SAM-la birgə layihə əsasında təşkil oluns