Qarışqaların qeyri-leqal fəaliyyət göstərən dərman firmaları tərəfindən oğurlandığı güman olunur
Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib. Eskişehir vilayəti Meşə təsərrüfatı müdürlüyünün balansında olan və hər birində 300 mindən çox qırmızı qarışqa olan 3 yuva sakinləri ilə birlikdə oğurlanıb. Meşə təsərrüfatı idarəsinin müdiri Mahmud Aydın aprel ayında meşəyə 10 qarışqa yuvası köçürdüklərini, həmin qarışqaların meşənin könüllü işçiləri olduğunu bildirib. Müdirin verdiyi məlumata görə, qırmızı qarışqalar ağacların üstündəki ziyanverici həşəratlarla qidalanaraq meşə sahəsinin inkişafında əvəzolunmaz rol oynayırlar. Mahmud Aydın qarışqaların yaxınlıqda olan təsərrüfat sahibləri və ya yağından preparat hazırlamaq üçün qeyri-leqal fəaliyyət göstərən dərman firmaları tərəfindən oğurlandığını güman edir.
Qeyd edək ki, Türkiyədə qarışqa yağından hazırlanan dərmanların istehsalı və satışı qanunla qadağandır.
Emin