Etirazçılar prokuror müavininə hücum ediblər
Dağıstanın Babayurt rayonunda rayon rəhbərliyi seçkilərinə 2 namizədin tərəfdarları arasında kütləvi dava baş verib. Münaqişə iştirakçıları rayon administrasiyasının binasını zəbt etmək istəyiblər. Avqustun 22-də başlayan münaqişəyə səbəb rayon rəhbərliyinə namizədlərdən birinin sənədlərinin qəbul edilməməsi olub. Əvvəlcə rayon prokurorunun müavini Eldar Karaqişiyevə hücum edilib. Administrasiyaya atəş açılması nəticəsində prokuror müavininin qohumu ölüb, 2-si milis əməkdaşı olmaqla 4 nəfər isə xəsarət alıb. Milis əməkdaşları administrasiya binasının zəbt edilməsinin qarşısını ala biliblər. Bundan sonra mitinq iştirakçıları məsciddə toplaşıblar. Onların sayının 300-ə yaxın olduğu barədə məlumat verilib. Etiraz edənlər Dağıstan prezidenti Maqomedsalam Maqomedovla görüşməyi tələb edirlər.
Emin