Yanvarın 26-da Xətai rayonunun Sarayevo küçəsində Gəncə şəhər sakini Vüqar Süleymanov “VAZ-2107” markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Ayət Bağırovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücü hadisə yerindən qaçarkən Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Xətai RPİ-yə təhvil verilib.
Fərid