Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb. AzərTAc-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.