Səttar Mehbalıyev: «Azərbaycanda ən riskli iş yerləri neft, qaz və energetika sahələridir»
«Ötən il 133 iş yerlərinə yoxlamalar aparılıb. 1790 nöqsan aşkar edilib. İnsanların əməyinin mühafizəsi ilə bağlı daha riskli sahələr neft, qaz və energetikadır. Bəzi sahələrdə, xüsusilə tikinti sahəsində işçilərin attestasiya ilə bağlı ciddi problemlər var”. Bunu Həmkarlar İttifaqları Konfederasiyası (HİK) sədri Səttar Mehbalıyev bu gün “Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusuna həsr olunmuş konfransda bildirib. HİK sədrinin sözlərinə görə, ötən il istehsalatda 157 bədbəxt hadisə qeydə alınıb: “Bu hadisələr nəticəsində 57 nəfər dünyasını dəyişib. Bu isə 36,4 faiz təşkil edir. Bu gün Azərbaycanda əməyin mühafizəsi ilə bağlı xeyli risklər mövcuddur. Bununla bağlı olaraq 945 göstəriş verilib”. S.Mehbalıyev deyib ki, ümumilikdə bu günə kimi iş yerlərində 6 min nöqsan aşkarlanıb.
Elməddin