Yanvarın 27-də Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2011-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olunub. Tədbirdə idarənin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı Komissiyanın katibi İnam Kərimov, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak edib. K.Əliyev çıxış edərək keçən ilin statistikasını açıqlayıb. O, ötən ildə görülən işlərin miqyasının artırıldığını və çoxlu sayda korrupsiya faktının aşkarlandığını vurğulayıb. Korrupsiya ilə mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev isə əməkdaşlığın artırılmalı olduğunu və səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.
Elməddin