Fövqəladə Hallar Nazirliyi yanvarın 26-da Kürdəmir rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Ucnoqta.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Atakişili kəndində (rayon mərkəzindən 3 km aralı) “KamAZ” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü - 1960-cı il təvəllüdlü Mahir Mikayıl oğlu Mürsəlov hadisə yerində və sərnişini - 1973-cü il təvəllüdlü Adilə Mikayıl qızı Balayeva xəstəxanada vəfat edib. Digər 3 sərnişin isə yaralanıb. Yaralıların deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılması və aidiyyəti üzrə aparılması təmin edilib. Əməliyyat saat 15:30-da başa çatıb.