YUNESKO-nun dünya xalq yaradiciliği təşkilatinin yaradici gənclərin ii dünya forumu öz işini başa vurub
Nançinqdə YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının (DXYT) Yaradıcı gənclərin II Dünya forumu öz işinə yekun vurub. Təşkilatdan verilən xəbərə görə 52 ölkədən iştirakçılar foruma qatılıblar. Tahir Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 11 nəfərin çıxışının planlaşdırıldığı slaydlarla, filmlərlə və praktiki göstərmələrlə milli mətbəxə aid çıxışlar, eyni zamanda dequstasiyalarla müşayiət edilib. Forumun işində Nançinq şəhərinin Meri, Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Naziri və s. məsul şəxslər iştirak edirdilər. Açılış zamanı məsul şəxslərə hədiyyələr təqdim edilib. Rəsmi açılışdan sonra öz işinə başlayan forumda çıxış edən həmyerlilərimiz Azərbaycan milli rəqs tarixi barədə məlumat verilib, forum iştirakçılarına Şəki, Quba, Gəncə paxlavaları paylandı. Bundan başqa Azərbaycan Milli Zərgərlik ənənələrindən, 7 muğama, 7 çərşənbəyə, 7 rəngə uyğun Milli geyim dəsti nümayiş etdirilib. Naxçıvan mətbəxində hazırlanan çərəzlər barədə, xalq təbabətindən danışılıb, təbabətdə arıdan, zəlidən və s. istifadə təcrübəsini açıqlanılıb. Tahir Əmiraslanov Azərbaycan mətbəxi, musiqisi, incəsənətin qarşılıqlı əlaqələrindən danışıb. Milli mətbəximizlə bağlı 19 dəqiqəlik film nümayiş olunub. Filmə baxış zamanı bütün iştirakçılara Qarabağ konyakı süzülüb paylanılıb. Bir sıra ölkələr Polşa, Belçika, Cənubi Koreya, Monqolustan onların ölkələrində belə layihələrə rəhbərlik etməyi Azərbaycandan xahiş ediblər.
DXYT-nin prezidenti xanım Karmen De Padilla Azərbaycan mədəni ənənəvi irsinin çox zəngin olduğunu, Azərbaycan nümayəndə heyətinin ən nümunəvi, yüksək potensiallı olduğunu, hər bir çıxışın yüksək elmi araşdırmalara söykəndiyini, qeyri - adi yanaşmalarla nümayiş etdirildiyini, Azərbaycanın dünya üçün örnək olduğunu qeyd edib. DXYT-nin 30 illiyinə həsr edilmiş axşamda DXYT qarşısında yüksək xidməti olan 8 nəfərə DXYT-nin 30 illiyinə həsr edilmiş Yubiley hədiyyəsi təqdim edildi. Bu 8 nəfərdən biri də Tahir Əmiraslanov olub.
Fərid