Bu, hökumətlərarası komissiyanın III iclası çərçivəsində baş tutacaq
Bu il noyabrın 29-da Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək. Yunanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, biznes-forum iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclası çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, 2010-cu ilin yanvar-avqust aylarında Azərbaycan mallarının Yunanıstana ixrac həcmi təxminən 101 milyon dollar, Yunanıstan mallarının Azərbaycana idxal həcmi 3,1 milyon dollar təşkil edib.
Əfsun